Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə yeni antikorrupsiya həbsləri gözlənilir - Kimlər hədəfdədir?

Məmurlara nəzarət gücləndirilir: pulu hara xərcləyirlər?


Yeni səlahiyyətlər alacaq Hesablama Palatası İqtisadi Universitetindəki yeyintilərlə bağlı Baş Prokurorluğa müraciət göndərdi; belə xəbərlər var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlaya bilər; təkcə ali məktəb rektorları deyil, daha yüksək ranqlı məmurlar, icra başçıları əhatə dairəsinə düşəcək...

Sentyabrın 19-da Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. “Dövlət büdcəsindən Azərbaycan Dövlət  İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə hesabat müzakirə olunub.

Hesablama Palatasına istinadən xəbər verir ki, qurumun kollegiyası  Azərbaycan  Dövlət  İqtisad Universiteti  tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib: “Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb”. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-sü ilin martında rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru irəliləyiş müşahidə olunmayıb. Əksinə, iddia olunur ki, Şəmsəddin Hacıyevin dövründən sonra vəziyyət daha da mürəkkəbləşib.



Rektor Ədalət Muradov haqda bundan əvvəl də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinə dosye göndərilməsi barədə mediaya xəbərlər sızmışdı. İddia olunurdu ki, kəsirlərin düzəldilməsi üçün  tələbələrdən 3-7 min manat tələb olunur.  Hələ ötən il ödənişli təhsil sektorundan İqtisad Universitetinin hesabına daxil olmuş 25 milyon manatın “yoxa çıxması” barədə də xəbərlər yayılmışdı. 

Qeyd edək ki, iyul ayında Bakı Dövlət Universitetində də audit yoxlamaları keçirilmişdi və bir sıra qanunvericiliyin pozulması halları aşkar edilmişdi.  Ancaq auditin nəticələri üzrə bu cür sərt qərar qəbul edilməmişdi. Görünür, İqtisad Universitetində maliyyə pozuntuları o həddədir ki, Hesablama Palatası bu cür qərar qəbul etməli olub.



Yada  salaq ki, Hesablama Palatası büdcəyə maliyyə nəzarəti orqanıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında isə məlum olub ki, “Hesablama Palatası haqqında” Qanuna dəyişiklik ediləcək.  Yeni dəyişikliyə əsasən, qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant da  həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir. Bu isə Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi deməkdir. 

Yeni dəyişiklik 2018-ci ildə də büdcə pullarının xərclənməsinə nəzarətin daha da gücləndiriləcəyini deməyə əsas verir. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun bu günlərdə keçirdiyi toplantı da sərt xəbərdarlığı ilə yadda qalıb.  O bildirib ki, rəhbərlik etdiyi qurum büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti daha da artıracaq.

Belə xəbərlər də  var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlaya bilər ki, bu da təkcə ali məktəb rektorlarını deyil, daha yüksək ranqlı məmurları, o cümlədən icra başçılarını əhatə edə bilər.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar