Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəmizə qarşı daha bir torpaq iddiası


Azərbaycan əraziləri “Böyük Kürdüstan” xəritəsində!


Xaricdən xüsusi missiya ilə gələn emissarlar Bakıda qapalı toplantılar keçiriblər və buradakı adamlarına tapşırıqlar veriblər; PKK-ya bağlı qüvvələrin göstərişi ilə Azərbaycanda fəal iş aparılır, “maarifləndirici tədbirlər” sırasına sosial şəbəkələrdə təbliğat da daxildir
Son zamanlar Türkiyədə baş verən və “Kürd açılımı” adını alan proseslərlə bağlı Türkiyədəki fəaliyyətini bir qədər arxa plana keçirən PKK öz tərəfdarlarına Azərbaycanda fəallaşmaq tapşırığı verib. “Yeni Müsavat”ın bu barədə əldə etdiyi məlumata görə, artıq bir neçə vaxtdı bu tapşırığın icrasına başlanılıb.

Bununla bağlı bir müddət əvvəl İraqdan və Türkiyədən gələn, özlərini “hoca” adlandıran bir neçə nəfərin rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir neçə bölgəsində qapalı toplantılar keçirilib. Həmin toplantılarda iştirakçılara əsasən kürdlərin Azərbaycanda fəallaşdırılması, bir sıra tarixi şəxsiyyətlərin kürd millətindən olması barədə təbliğatın aparılması, Azərbaycanın bir sıra rayonlarının tarixi “Kürdüstan” əraziləri olduğu barədə insanlar arasında “maarifləndirici  tədbirlər” həyata keçirilməsi tapşırılıb.

Məlumatlara görə, həmin toplantıda iştirakçılara “Böyük Kürdüstan” xəritəsi təqdim olunub və bunun Azərbaycanda yayılmasının vacibliyi xüsusi olaraq vurğulanıb.
Bildirilib ki, Azərbaycanda görüləcək əsas işlərdən biri də “Böyük Kürdüstan” təbliğatının ilk vaxtlarda daha çox sosial şəbəkələrdə aparılması olmalıdı.

Azərbaycan hakimiyyətinin ən üst düzeyində bu məsələyə çox həssas yanaşıldığı və hüquq-mühafizə orqanlarının ölkənin daxilində separatçı meyllərə qarşı ciddi mübarizə apardığı vurğulanan həmin toplantıda bütün fəaliyyətin çox ehtiyatlı şəkildə həyata keçirilməsi tapşırılıb. Açıq  müzakirələrin yalnız sosial şəbəkələrdə aparılmasına izn verildiyi bildirilib. Toplantıda  iştirakçılara tapşırılıb ki, sosial şəbəkələrdəki “Böyük Kürdüstan” müzakirələrinə və təbliğatına mümkün qədər çox şəxslər cəlb olunsun.

Bu toplantılardan sonra verilən tapşırıqların icra olunması istiqamətində işlərə başlanılıb və aldığımız məlumata görə, hazırda ölkənin bir neçə bölgəsində bu istiqamətdə təbliğat aparılır.

Gedən proseslərdən kifayət qədər məlumatlı olan şəxslərin redaksiyamıza verdikləri informasiyalara görə, bir müddət öncə facebook-da başlanan və hazırda da davam edən “kürd müzakirələri”   məhz sözügedən toplantıda verilən qərarların nəticəsidir.



Mənbələrimiz hazırda Laçın Rayon Təhsil Şöbəsinin inspektoru olan Müqabil Baxışovun Nizami Gəncəvini kürd şairi adlandırmasını və sosial şəbəkələrdə bu istiqamətdə aqressiv təbliğat aparmasını təsadüfi saymırlar. Məlumatlı qaynaqlarımız sosial şəbəkədə çox ciddi müzakirələrə və etirazlara səbəb olan bu fəaliyyətin məhz qeyd etdiyimiz toplantı ilə birbaşa əlaqəli olduğunu deyirlər.

Sosial şəbəkələrdəki fəaliyyətlə yanaşı hazırda xaricdən gələn tapşırıq əsasında ölkə boyunca başqa istiqamətlərdə də iş aparılır və bunun Azərbaycana qəsd olması faktı ortadadır.

 Azərbaycan əraziləri 

Bir neçə gün bundan əvvəl əlimizə yetişən bu bilgilərlə bağlı müəyyən araşdırmalar və  dəqiqləşdirmələr apararkən İraq Kürdüstanının rəsmi televiziyasında Azərbaycan ərazilərinin də salındığı “Böyük Kürdüstan” xəritəsinin nümayiş olunması xəbəri gəldi.
“GünAz TV”-nin məlumatına görə, hazırda İraq Kürdüstanının rəsmi televizyasında Azərbaycan şəhərlərinin daxil edildyi “Böyük Kürdüstan” xəritəsi müntəzəm olaraq nümayiş etdirilir. Həmin televizya İraq Kürdüstanının başçısı Məsud Barizaniyə bağlıdır və rəsmi olaraq Azərbaycanın onlarla şəhər və bölgəsi həmin xəritəyə daxildir. Bu isə açıq-aydın Azərbaycanın əzəli ərazilərinə qarşı torpaq iddiasıdır. Bu xəritədə İranın 6 vilayəti (ostan) Qərbi Azərbaycandan tutmuş, ta Xuzistana qədər və Şərqi Azərbaycanla Həmədan vilayətlərinin böyük bir hissəsi yer alıb. Həmçinin xəritədə Bağdadın ətrafı, Suriyanın quzeyi, Türkiyə ərazisinin böyük hissəsi və Naxçıvan Muxtar Cümhuriyyəti Kürdistan kimi göstərilir. Xəritənin əhatə etdiyi ərazidə müxtəlif millətlərdən ibarət 70 milyon insan yaşayır.

İraq Kürdüstanının “Rudav” televiziyası həmin xəritəni əsasən  hava xəbərlərinin təqdimatında istifadə edir. Məsələnin maraqlı tərəfi odur ki, bu xəritə Azərbaycanda keçirilən toplantıda iştirakçılara paylanan xəritənin eynisidir.

İraq Kürdüstanından gələn xəbərlə “Yeni Müsavat”ın əldə etdiyi məlumatların üst-üstə düşməsi ölkəmizə qarşı planın yeni bir mərhələsinin icrasına başlandığını və bu istiqamətdə Azərbaycanda böyük işlərin aparıldığını göstərir.

Məsələ ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar