Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölülərə görə dirilərə qanun-qayda öyrədiləcək


Azərbaycanda dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı qanun layihəsi işlənib və artıq hazır şəkildədir


Qanun layihəsinin Prezident Administrasiyasından yaxın zamanlarda Milli Məclisə daxil olacağı gözlənilir.

Bunu "Trend"-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, dəfn mərasimləri və qəbiristanlıqla bağlı qanun layihəsinin bu yaxınlarda müzakirəyə çıxarılması gözlənilir: “Orada qəbir daşlarının eyni cür olması və digər standart və tələblər yer alacaq. Dünyada konkret standartlar əsasında yaradılan qəbiristanlıqlar mövcuddur”.

H.Rəcəblinin fikrincə, Azərbaycan bu məsələdə bəzi İslam dövlətlərindən nümunə götürməlidir: “İslam dövlətlərinə bir baxın. Bu məsələdə onlardan öyrənməyə dəyər. Biz isə qəbiristanlıqlardan az qala muzeylər düzəltmişik. Bu da bizim yanlışlıqlarımızdan biridir. Bu yanlışlıq və eybəcərlik də bizə sovet dönəmindən miras qalıb. Biz sovet dönəmindən sonra dini qaydaları pozmuşuq. Artıq bu məsələdə də dəyişiklik etməyin vaxtı çatıb. Bu işdə tanınmış şəxslər, millət vəkilləri, nazirlər, biznesmenlər, imkanlı şəxslər cəmiyyətə nümunə göstərməlidirlər”.

Özəl qəbiristanlıqların yaradılmasına gəlincə, komitə sədrinin fikrincə, bu məsələ hələlik ağlabatan deyil: “Ola bilər ki, özəl qəbiristanlıqların yaradılması məsələsi qanun layihəsində yer almasın. Çünki bu məsələdə hərc-mərcliyə yol vermək olmaz. Bu gün qəbiristanlıqların sahibi, onlara baxan, qulluq edən yoxdur. Onlar kimə tabedir, bilinmir. Əslində qəbiristanlıqlar ya bələdiyyələrə, ya da icra nümayəndəliklərinə verilməlidir. Hazırda ölkədə qəbiristanlıqların çoxu pis gündədir. Bu məsələdə kimdən nə tələb edəsən, Məlum deyil. Bununla bağlı qanunvericilikdə boşluqlar var. Bunlar hamısı dəqiqləşdirilməlidir”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının bir müddət əvvəl Trend-ə verdiyi məlumata görə, qanun layihəsində dəfn mərasimlərinin keçirilməsi qaydaları, qəbir və onun üstündəki sinə və baş daşlarının standartları, qəbiristanlıqlara xidmət göstərilməsi, onların qorunması və s. məsələlərin yer alacağı, eləcə də qəbiristanlıqlarda torpaq yerlərinin ayrılmasına görə rüsumların müəyyənləşdiriləcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar