Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman yanğından zərərçəkən ailələrə baş çəkib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Binəqədi rayonundaki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar zərərçəkmiş ailələrə baş çəkib


Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Elmira Süleymanova  Dövlət Sərhəd Xidmətinin Görədil qəsəbəsindəki “Sərhədçi” istirahət mərkəzinə gedərək,  orada kotteclərdə yerləşdirilmiş ailələrlə görüşüb. Müvəkkili Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva və rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı müşayiət edib.
 
Qeyd edək ki, bu mərkəzdə səkkiz ailə üçotaqlı doqquz kottecdə yerləşdirilib. E.Süleymanova həmin ailələrin üzvləri ilə görüşüb onların ehtiyaclarının, problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazır olduğunu bildirib.
 
Müvəkkil kotteclərə və yeməkxanaya baxış keçirib. Zərərçəkmiş ailələrin üzvləri onlara vaxtında keyfiyyətli qida verildiyini, 24 saat ərzində tibb xidməti ilə təmin olunduqlarını bildiriblər. Ombudsman məktəblilərə qısa zamanda zəruri dərs vəsaiti verilməsini, habelə psixoloq dəstəyinin  vacibliyini vurğulayıb. 
 
Dövlət Sərhəd Xidmətinin Mənəvi psixoloji hazırlıq idarəsinin rəisi, həkim-psixoloq  Vəli Nağıyev Ombudsmana yanğın zamanı ağır stress və həyəcan keçirmiş insanların vəziyyətinin, sağlıq durumunun diqqətdə saxlanıldığını, onlara zəruri tibbi-psixoloji məsləhətlər verildiyini bildirib.
 
E.Süleymanova müəssisənin rəhbərliyinə burada yerləşdirilmiş ailələrlə  bağlı müvafiq tövsiyələr verib. 
 
“Sərhədçi” istirahət mərkəzində yerləşdirilən ailələrə Dövlət Sərhəd Xidməti tərəfindən də əlavə maddi yardım göstərilib.
 
Müvəkkil həmçinin yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerlər ayırdığı Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün pansionatına Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini və Bilgəh qəsəbə nümayəndəsi ilə birlikdə baş çəkib. Həmin pansionatda bu ailələr üçün iki kottec və 18 otaq hazırlanıb. E. Süleymanova  burada ailələr üçün ayrılmış yerlərə baxıb.
 
E. Süleymanova həmçinin yanğın zamanı bir ailədən həlak olmuş Zülfiyyə Şirinova və onun övladları Ülkər və Davud Eyvazovların yas mərasimində iştirak edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar