Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onu sehrli gülüş xilas edəcək — Xeyriyyə konserti

İsanın valideynlərində ümid yaranıb


9 avqust saat 21:00-da "Mambo Beach Club & Restaurant"da ilkin ağciyər hipertenziyasından əziyyət çəkən balaca İsaya kömək məqsədilə "Magic Smile" xeyriyyə gecəsi keçiriləcək.

Balaca isanın natamam 7 yaşı var. O səyahətçi olmağı arzu edir. Bundan əlavə o, 30 iyulda, yəni doğum günündə kloun və aktyorlardan təbriklər almaq istəyir.

İsa ilkin ağciyər hipertenziyasından əziyyət çəkir və onun atasının qazandığı pulların hamısı qutusu 1000 ABŞ dollarına olan bahalı preparatlara xərclənir. Bu isə o deməkdir ki, körpənin ad gününü istədiyi kimi keçirmək mümkünsüzdür.

Ancaq dər bunda deyil. Dərd orasındadır ki, bu dərmanlar uzun müddətdir ki təsir etmir. Balaca güclü asit ( perikard və qarın boşluğunda mayenin toplanması) aşkar olunub. İsa yeriyə bilmir və ağır nəfəs darlığı yuxuda da ona əziyyət verir.

"Biz İsada 4 yaşında ürəyi ilə bağlı problem aşkar etdik. Həkimlər diaqnoz qoydu - ilkin ağciyər hipertenziyası. Həkimlər dedi ki, bu çox nadir xəstəlikdir. Uşaqlarda bu xəstəlik milyonda bir dəfə rast gəlinir. Xəstəliyin səbəbi bəlli deyil. Kiçik qan dövranında təzyiq normalda 25 olmalıdır, İsada idə bu göstərici 100-dən də çoxdur", - deyə İsanın anası Elvira Zahirova danışır.

Bu gün İsa ürək çatışmazlığının 4-cü mərhələsini yaşayır. Xəstəliyin 3 ilində uşağın valideynləri müalicəni tapmağa çalışıblar. Müayinələr Bakı, Təbriz, İstanbul və Moskvada aparılıb. Medikamentlərlə müalicə heç bir fayda verməyib. Həkimlər əməliyyata başlamayıb - çox mürəkkəbdir. Gündən-günə İsanın vəziyyəti daha da ağırlaşırdı. Onun valideynləri nə etməli olduqlarını bilmirdilər. Övladlarının əziyyətlərinə baxmaq və yadım edə bilməməkdən bəlkə də qorxunc heç nə yoxdur.

Lakin Allah onları dualarını eşidib - İsanın valideynlərində ümid yaranıb.

"Xoşbəxtlikdən iki ay öncə biz İtaliyadan olan kardiocərrahla tanış olduq. O bizə ürək əməliyyatı keçirməyi təklif etdi. Əməliyyatdan sonra İsanın ürəyində təzyiq aşağı düşəcəkdi və o, özünü daha rahat hiss edəcəkdi. Cərrah bizə xəbərdar etdi ki, bu çox riskli və çətin əməliyyatdır. O, İsaya kömək etməyə razı olmuş yeganə şəxs olub", - deyə Zahirova qeyd edib.

Əməliyyatın keçirilməsi Milanda planlaşdırılır.

Bu əməliyyatın keçirilməsi üçün 22 min avro ( 25 min manat) tələb olunur. Bu məbləğ Zahirovlar ailəsində yoxdur. Toplanan bütün pullar isə bu günə qədər İsanın müalicəsinə yönəlib. İsanın anası evdar xanımdır, atasının maaşı isə cəmi 500 manatdır.

Yeganə ümid isə laqeyd olmayan insanların köməyidir.

"Xahiş edirəm, körpəmizi xilas etməyə kömək edin. Bu bizim son şansımızdır", - deyə İsanın anası hər kəsə çağırış edir.

Bu gecənin təşkil olunmasında da əsas məqsəd İsaya kömək əlini uzatmaq, sehrli gülüş vasitəsilə onu həyata qaytarmaqdır.

Əsas təşkilatçılar:

AGAT
FUTURE GROUP

Təşkilati dəstək:

City Sightseeing Baku
ESCARDIN Perde Merkezi
Chatbox Baku 
Flame Travel 
LED.AZ
La Violetta 
Captain Silver
Xurma Project 
Yarasa Studio 
Yek Production 
Mambo Beach Club & Restorant

İnformasiya dəstəyi:

www.1news.az / www.Olke.az / www.Baku.ws

GIRIŞ20 AZN
Yığılan məbləğ balaca İsanın müalicəsini yənələcək.

Gecədə məşhur müğənni və DJ-lər iştirak edəcək.

20:00-dan etibarən Azneft meydanından hər saat "Mambo Beach"ə pulsuz "City Sightseeing Baku" avtobusları yola düşəcək və 23:00-dan etibarən geri qayıdacaq.

Əlavə məlumat və biletlərlə bağlı bu nömrələrə zəng edin:

Mob.: +994 50 300 44 40 
Mob.: +994 50 405 55 17

Tədbirin "Facebook" ünvanı.

Bu gün bizdən hər bir kəs hesaba pul köçürməklə bu ailəyə yardım edə bilər. Möcüzələr baş verir. Allah onları yaradır. Xahiş edirik, balaca İsanın taleyinə biganə qalmayın!

Xahiş edirik, onu xilas etməyə yardım edin!

İsanın anası Elvira Zahirova ilə əlaqə saxlamaq üçün bu nömrəyə zəng edin: 055 751 12 35

Bank rekvizitləri və bütün sənədləri aşağıdakı fotolarda görə bilərsiniz:(ölkə.az)






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar