Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov Avropa Parlamentini tənqid etdi


Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun üzvləri ilə görüşüb


Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Oqtay Əsədov deyib ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır. 

O bildirib ki, Milli Məclis də öz növbəsində bu istiqamətdə müəyyən addımlar atıb: “Lakin son dövrlər Avropa Parlamenti tərəfindən ölkəmizə münasibətdə sərgilənən qərəzli və müəyyən maraqlara xidmət edən yanaşmalar münasibətlərdə soyuqluq yaradıb. Avropa Parlamentinin üzvləri tərəfindən fərdi qaydada münasibətlərimizin nizamlanması və əlaqələrin bərpası cəhdləri təqdirəlayiqdir. Bu baxımdan təşkilatın Mühafizəkarlar və İslahatçılar siyasi qrupu üzvlərinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. İnanırıq ki, bu cür səfərlər ümumi məqsədlərə xidmət edir”.

Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun prezidenti Yan Zahradil həm Avropa Parlamentinin deputatı, həm də rəhbərlik etdiyi qrupun siyasi rəhbəri qismində Azərbaycana gəldiyini söyləyib. Məqsəd Avropa Parlamenti ilə Azərbaycan, o cümlədən Milli Məclis arasındakı münasibətləri normal məcraya yönəltmək, münasibətləri bərpa etməkdir. O, deputat Qüdrət Həsənquliyevin başçılıq etdiyi Bütöv Azərbaycan Xalq Partiyasının sədri olduğu alyansla yaxşı münasibətləri olduğunu və bu qrupa tamhüquqlu üzv kimi daxil olduğunu qeyd edib. Eyni zamanda AŞPA kimi mötəbər qurumda da mühafizəkarlarla azərbaycanlı deputatlar arasında yaxşı əlaqələr olduğunu nəzərə çatdırıb.

Görüşdə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Avropa Parlamentinin vitse-prezidenti Rişar Çarnetski və digər şəxslər iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar