Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyevin qızı Putinin seçkidəki nümayəndəsi olub


Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...


Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq. 

Budəfəki təqdimatımız Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərgiz Şirəliyeva barəsindədir. 

Oqtay Şirəliyev ölkə prezidentinin 20 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Bu təyinatadək o, Respublika Diaqnostika Mərkəzinin rəhbəri olub. 

Tibb elmləri doktoru, professor, 64 yaşlı Oqtay Şirəliyev artıq 9 ildir Azərbaycan səhiyyəsinə rəhbərlik edir. 

Oqtay Şirəliyevin Nərgiz, Leyli, Aytən adlı üç qızı, Murad adlı bir oğlu, 6 nəvəsi var.

Nazirin qızı Nərgiz Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə onu balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərgiz xanım ingilis və fransız  dillərində sərbəst danışır.

1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb.

"Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib. 

Bundan sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan “Kultura”da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam edib. 

Azərbaycanlı nazirin qızı 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası  müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

2003-ci ilin fevralından N.Şirəliyeva “Kultura” telekanalında "Mədəniyyət yenilikləri" proqramının “Xudsovet” adlı xüsusi rubrikasının aparıcısı təyin olunur. 2008-ci ildən isə "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olur.

Nərgiz Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru, sseranist Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onlar rəsmi nikaha girəndə Nərgiz xanım Yevgenidən 29 yaş kiçik olub. Bu, Y.Qinsburqun ikinci evliliyi idi. 1999-cu il fevralın 10-da ailədə oğlan uşağı dünyaya gəlib və ona Aleksandr adı verilib. Buna qədər Yevgeni Qinsburqun birinci evliliyindən 3 qızı dünyaya gəlmişdi.

Amma məşhur kinorejissorun azərbaycanlı xanımla xoşbəxt evliliyi uzun sürməyib və cəmi 14 il çəkib. 2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib. Dəfndə bir çox tanınmış simalarla yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. 

Oğlu Aleksandrı həyatının mənası hesab edən Nərgiz Şirəliyeva onunla nəfəs aldığını vurğulayır. O, Bakıya çox bağlı olduğunu, atası, bacıları və qardaşının (Nərgiz Şirəliyevanın anası 20 il əvvəl vəfat edib-A.Q.) yaşadığı doğma şəhərlə fəxr etdiyini, Xəzər dənizini çox sevdiyini deyir.

Nərgiz Şirəliyeva hazırda “Kultura” telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışır, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.

Azərbaycanlı nazirin qızı Rusiyada göstərdiyi xidmətlərə görə bir sıra mükafatlara layiq görülüb. O, mədəniyyət sahəsində tədbirləri ən yaxşı işıqlandıran və şərh edən peşəkar televiziya jurnalisti kimi Moskva şəhər meriyasının laureatı adına layiq görülüb, "Qızıl lira" mükafatı ilə təltif olunub və bir sıra qiymətli hədiyyələrə sahiblənib.

Nərgiz Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür. Yeri gəlmişkən, Nərgiz xanım 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. 

O, həm də “Əlaçılar” Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.

Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində aktiv fəaliyyətilə seçilən Nərgiz Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəridir. 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutur.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar