Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordudan tərxis olunan gənclərlə görüş keçirilib - Fotolar


28 aprel 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərlə görüş keçirilibdir


Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Novruz Rəhimov açaraq gənclərə ordu quruculuğunda görülən işlərdən danışmışdır. 

Bildirmişdir ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Xalqla ordunun birliyi möhkəmdir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu icrasından danışaraq, bu proqram çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırdı.

Son illər silahlı qüvvələrimizin sıralarında müddətdən artıq hərbi qulluqçu kimi çalışanların sayının artdığını bildirən Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov indi həqiqi hərbi xidmətini başa vuran gənclərin könüllü olaraq hərbi hissələrə qayıtdıqlarını və vətənin keşiyində mərdliklə dayandıqlarını vurğuladı.

Sonra Qaradağ Rayon Veteranlar Şurasının sədri Əli Məmmədov ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə göstərilən diqqət və qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən geniş danışdı.

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, hərbi xidmətdən tərxis olunmuş gənclər Seymur Şahbazov, Hüseyn Əfəndiyev və başqaları çıxış edərək hərbi xidmətdə əsgərlərə göstərilən diqqət və qayğıdan söhbət açdılar.

Onlar hər an Ali Baş Komandanın əmri ilə düşmənə layiqli müqavimət göstərməyə hazır olduqlarını qeyd etdilər. Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və məcburi köçkünlərin öz yurd yuvalarına qayıdacaqlarına əminlik ifadə olundu. Sonda həqiqi hərbi xidmət müddətini başa vuran gənclərə hərbi bilet və qiymətli xatirə hədiyyələri təqdim edildi.

Tədbirin sonunda hərbi xidmətdən tərxis olunanlar üçün əmək yarmarkası keçirildi.








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar