Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta məktəb dərsliklərinin dilindən narazılıq var


Orta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var


Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

M.Nağısoylu buna misal olaraq bildirib ki, 5-ci sinif dərslikləri akademik səviyyədə yazılıb: "Orta məktəb şagirdləri də onu başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis olaraq, deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır".

M.Nağısoylu deyib ki, Dilçilik İnstitutunun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərin hazırlanmasında iştirak edirlər. Ancaq hesab edirəm ki, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi vətəndaşlar olan tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.

M.Nağısoylu qeyd edib ki, küçələrdəki afişalarda və obyektlərin adlarında dilin normalarının pozulması hallarına tez-tez rast gəlinir.

Onun sözlərinə görə, bu problemin həlli istiqamətində bəzi rayonların icra başçıları ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: "Bəzi şadlıq evləri, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar