Samux rayonunda intihar hadisəsi baş verib
Samux Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Kəlbəcər rayon sakini, Kolayır kənd orta məktəbində müəllim işləyən 1975-ci il təvəllüdlü Novruz Cabbarov yaşadığı evdə özünü asaraq öldürüb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
pia.az