Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Otellərə göstəriş verildi


Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda fəaliyyət göstərən mehmanxana nümayəndələri ilə görüş keçirilib


Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunmuş görüşdə Bakıda fəaliyyət göstərən 60-dan çox otel nümayəndəsi iştirak edib.

Görüşdə ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan üç gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Bildirilib ki, qanunvericiliyə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf - otel, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi, onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini DMX-nın internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq ərazi üzrə regional miqrasiya idarəsinə təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Görüşdə xüsusi vurğulanıb ki, xarici qonaqların, əsasən də turistlərin qalmaq üçün seçdiyi mehmanxanaların müdiriyyəti qanunvericiliklə müəyyənləşmiş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə daha da məsuliyyətlə yanaşmalıdır.

Sonda mehmanxana nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.(azvision.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar