Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən ay atəşkəs 836 dəfə pozulub


Bu ilin avqust ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 836 dəfə pozub


APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb. 
 
Ay ərzində atəşkəsin pozulmasına görə, ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir.Ağdam rayonu istiqamətində 245 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzulirayonudur (154 fakt). Qarabağ cəbhəsi üzrə iyul ayında Tərtər rayonu istiqamətində 106 dəfə, Xocavənd rayonu istiqamətində 59 dəfə, Cəbrayıl rayonu istiqamətində 54 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 79 dəfə, Qazax rayonu istiqamətində 61 dəfə, Gədəbəy rayonu istiqamətində 36 dəfə, Tovuz istiqamətində 12 dəfə, Göygöl rayonu istiqamətində 18 dəfə, Ağstafa rayonu istiqamətində isə 12 dəfə pozub.
 
Ötən ay düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib, 8 nəfəri isə  yaralanıb. Düşmənin atəşi nəticəsində Azərbaycan tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb.
 
Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb.
 
Avqust ayında Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
 
Qeyd edək ki, erməni silahlı bölmələri iyul ayında cəbhə xəttində atəşkəs rejimini 819 dəfə pozub.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar