Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il 114 minə qədər ailə boşanıb


2013-cü ildə Azərbaycanda 86 min 852 nikah bağlanıb, 11 min 730 boşanma qeydə alınıb


Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9.3, boşanmaların sayı isə 1.3 olub. 

“Mediaforum” saytı Azərbaycan prezidentinin rəsmi internet səhifəsinə istinadən nikah və boşanmalar üzrə 2000-2013-cü illərin statistikasını təqdim edib. Həmin statistikaya nəzər salanda dəhşətli bir mənzərə ortaya çıxır. Bəlli olur ki, 2000-ci ildən ötən 13 il ərzində ölkədə 113 min 676 nəfər boşanıb. Bu, hələ rəsmi nikahda olub ayrılanların statistikasıdır. Azərbaycanda yaş həddi və digər səbəblərlə əlaqədar bir sıra hallarda nikahların rəsmiləşmədiyini nəzərə alsaq, deməli, açıqlanan rəqəm də hələ tam dəqiq deyil.

Bir vaxtlar boşanmaları mental dəyərlərə sığışdırmayan əhalimiz görəsən, nədən kütləvi şəkildə bu yolu seçir?

Bu boşanmalar zamanı onminlərlə uşağın daimi ata və ya ana qayğısından məhrum olduğunu da nəzərə alsaq, yuxarıda qeyd edilən rəqəm ölkədə çox ciddi bir problemin mövcudluğundan xəbər verir. Azərbaycanda yoxsulluğun səviyyəsinin getdikcə azaldığını iddia edən hökumət nümayəndələri boşanmalara sosial-iqtisadi problemlərin təsirini etiraf etmək istəmir. Fəqət, fakt faktlığında qalır. Əvvəllər psixoloji və sosioloji araşdırmalar boşanmaların kökündə daha çox psixoloji amilləri, dünyagörüşlərin haçalanmasını əsas faktor kimi təqdim edirdisə, bu gün ailə dağılmalarının əksər faizi həyat səviyyəsinin aşağı olmasıyla bağlıdır. Müasir dövrün tələblərilə, Azərbaycanın real imkanlarıyla üst-üst düşməyən bir mühit yaşamağa məcbur olan ailələr gec-tez öz birgəyaşayışına son qoyur. Bu mənada, iqtisadi və sosial həyat tərzinin getdikcə həyatın dibinə yuvarlanması ailələri bədbəxtliyə aparır. Bu dönüşü olmayan yoldan isə onları yalnız dövlətin bu istiqamətdə təcili tədbirlər planı xilas edə bilər.

Daim fəxrlə təqdim etdiyimiz Azərbaycan ailəsi bu gün ən aşağı göstəricilərlə, çətin durumuyla həyatda mücadilə edir. Son 13 ildə boşanmaların sayının sıçrayışla 100 mini ötməsi artıq fəlakətdən xəbər verir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar