Ötən il ali təhsil müəssisələrində saxta diplom alma halları müşahidə olunub
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ərzində hüquqi əsası olmayan diplomlarla bağlı Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinə ümumilikdə 62 məlumat daxil olub.
Onlardan 18-i barədə qanunvericiliyə müvafiq tədbir görülməsi üçün müəssisə rəhbərlərinə tapşırıqlar verilib, 44-nə isə əsasən hüquq-mühafizə və məhkəmə orqanlarından daxil olmuş sorğular əsasında müvafiq məlumatlar verilib.
pia.az