Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Övladı oğurlanan ananın ürəkparçalayan fəryadı - Video


Sumqayıtda oğurlanan körpənin taleyi hələ də sual altında qalır


ANS TV-nin məlumatına görə, iki aylıq Aylinin oğurlandığı məhəllədə hamı bu hadisənin şokunu yaşayır.

Əlbəttə ki, hərənin də özünəməxsus mülahizəsi var. Qonşuların əksəriyəti körpənin anası Aysel Əhmədovanın özündən şübhələnir. Guya uşağı həyətə gələn naməlum qadına Ayselin özü satıb. Amma Aysel Əhmədova naməlum qadın bu həyətə gələndə yaşadığı evdə yox, atasıgildə olub. Onu bura qonşusu Mehriban xanım zəng edib çağırıb. 

Ən pisi isə qadın məhlədə hər kəsi Heydər Əliyev fondundan gəldiyini deyib. Guya bu fondun işçisidir və əlində gətirdiyi bir bağlama bez, bir süd şüşəsi və ilanı yuvasından çıxaran şirin dili ilə onları özünə inandıra bilib. Sonra Ayselin mənzilinə qalxıblar, guya onun yaşayış şəraitinə baxacaq, evin şəklini çəkəcək və üç gündən sonra fonddan adamlar gəlib Ayselə maddi yardım edəcəklər. 

Xatırladaq ki, Aysel həyat yoldaşı Rasim Əhmədovla üç il əvvəl rəsmən ayrılıb. Sonradan münasibətləri düzəlib və indi oğurlanan iki aylıq Aylin də qeyri-rəsmi münasibətdən doğulub. Sonradan Rasim qız qaçırıb və Aysel ANS-in “Adam içində” proqramında başına gələn problemləri danışıb, uşaqlarını saxlamaq imkanının olmadığını dilə gətirib. Hətta, onun doğuş sancıları da bu verilişdə tutub. 

Ehtimallara görə, uşağı oğurlayan qadın da Ayseli bu verilişdən tanıyır. O, ehtiyac içində yaşayan Ayseli uşaqları gəzdirmək adı altında parka aparıb və sonrasını da bilirsiniz. Körpəni özü saxlayıb, ananı digər iki uşağı ilə birlikdə karuselə mindirib və sonrasını da bilirsiniz. 

Qeyd edək ki, uşağı oğurlayan bu insafsız qadın Aylinin ana südü əmdiyini bildiyi üçün özü ilə süd şüşəsi də gətirib. Hələ mənzildə olarkən uşağın ağladığını görüb, düşüb dükandan uşaq yeməyi də alıb, guya uşaq acından ağlayır, deyə ananı buna inandırmağa çalışıb. Beləcə körpənin də süni yeməyə münasibətini öyrənmiş olub. 

İndi balası oğurlanan Aysel qonşudan südsağan aparat gətizdirib. Hər gün südünü sağır ki, qurumasın. O balasının tapılacağına da, hüquq mühafizə orqanlarının körpəsini oğurlayan qadının anadan əmdiyi südü burnundan gətirəcəyinə də inanır. Biz də inanaq. 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar