Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özəl ali məktəblər təhsil haqqını niyə aşağı salır? - Buna rəqabət demək olarmı?


Kamran Əsədov: “Tələbə sayı artsa, təhsil müəssisəsinin gəlirləri artacaq və ali məktəblər özlərinin maddi-texniki baza məsələlərini həll edəcəklər”


“Kiminsə kağız parçası olan diplom almaq xətrinə universitetlərə cəlb olunması gələcəyimiz üçün təhlükədir”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov özəl ali məktəblərin təhsil haqlarını  xeyli ucuzlaşdırmasının səbəblərini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi bu il özəl ali məktəblər tələbə qəbulunu artırmaq naminə  təhsil haqlarını  xeyli ucuzlaşdırıblar. Son 2 ildə manatın devalvasiyası bir çox sahələrə təsir etdiyi kimi təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Bu, özünü daha çox ötən ilin qəbul nəticələrində göstərib. Belə ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı. Buna baxmayaraq dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil haqlarını növbəti tədris ili üçün artırıb. Yəni özəl ali məktəblərin təhsil haqlarını endirməsi dövlət universitetlərinə təsir etməyəcək. 

Özəl ali məktəblərdə təhsil haqqının endirilməsini necə dəyərləndirmək olar və bu addım təhsilin inkişafına xidmət edir, yoxsa əksinə, savadsız kadrların yetişməsi üçün qapı açılır? Həmçinin özəl universitetlərin təhsil haqlarını endirməsi dövlət ali məktəblərinə hansı təsri ola bilər? Faktiki olaraq özəl ali məktəblərin təhsil haqqlarını endirmələrini rəqbətdən doğan endirim kimi dəyərləndirmək olarmı və bu təhsilin keyfiyyətinə necə təsir edəcək?

Bu mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Kamran Əsədov: “Norveçdə 25 yaşından yuxarı bütün insaların hamısı ali təhsillidir”.


Təhsil üzrə ekspert qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsinin yarıdan çoxu dövlət büdcəsindən maliyələşir və büdcədən asılıdır. Bu da ali məktəblərin inkişafına mane olan amillərdən hesab olunur. Çünki həm maliyyə azadlığı yoxdur, həm də büdcədə problemlər olanda universitetin maliyyə problemləri yaranır:

“Son illərin statistik göstəricilərinə nəzər saldıqda görürük ki, ali məktəblərə sənəd verən abituriyentlərin sayında kəskin azalma var. Bunun əksinə olaraq ali məktəblərin plan yerlərində artım müşahidə olunur. Bildiyiniz kimi, Azərbaycanda ali təhsil müəssisələrinin dünya universitetlərindən fərqli olaraq yeganə gəlir yeri tələbələrin təhsil haqları təşkil edir. Halbuki dünyanın aparıcı ölkələrində universitetlər tələbələrin təhsil haqqları ilə maliyyələşmir. Beynəlxalq təcrübədə universitetlərin digər gəlirləri daha böyük faiz təşkil edir.    
             
Bu gün Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsinin yarıdan çoxu dövlər büdcəsindən maliyələşir və büdcədən asılıdır. Bu da ali məktəblərin inkişafına mane olan amillərdən hesab olunur. Çünki həm maliyyə azadlığı yoxdur, həm də büdcədə problemlər olanda universitetin maliyyə problemləri yaranır. Başqa bir statistikaya diqqət yetirəndə görürük ki, Azərbaycanda ali təhsil almaq istəyənləri universitetlərə cəlb etməyə ehtiyac var. Belə ki, hal-hazırda Azərbaycanda ali təhsil almış vətəndaşın sayı ölkə əhalisinin 17 faizini təşkil edir. 

Kamran Əsədov: “Azərbaycanda ali təhsil almış vətəndaşın sayı ölkə əhalisinin 17 faizini təşkil edir. Yəni Azərbaycanda hər min nəfərdən 126 nəfəri ali təhsillidir”.


Yəni Azərbaycanda hər min nəfərdən 126 nəfəri ali təhsillidir ki, bu da çox aşağı nəticə hesab olunur. Düzdür, kiminsə kağız parçası olan diplom almaq xətrinə universitetlərə cəlb olunması məsləhət görülmür. Hesab edirəm ki, tələbə sayı artsa, təhsil müəssisəsinin gəlirləri artacaq və özünün maddi-texniki baza məsələlərini həll edəcək. Bu gün bizim universitetlərin demək olar ki, çoxunda labaratoriya yoxdur. Çünki müasir standartlara cavab verən labaratoriyalar qurmağa maddi imkanalar yoxdur. Əgər tələbə sayları artsa, onlar bu məsələləri həll  edə bilərlər. 

Təhsilli insanların sayının artması əmək bazarında daha savadlı, bacarıqlı işçi qüvvəsinin yaranamsı ilə müşahidə olunacaq ki, bu da rəqabəti artıracaq. Bizdə hələ də ciddi şəkildə ixtisaslı  kadr potensialına ehtiyac var. Norveçdə 25 yaşından yuxarı bütün inaların hamısı ali təhsillidir. Bu ölkənin həm mədəni, həm sosial, həm də iqtisadi inkişafına təkan verən vacib nüansdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar