Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PA rəhbəri Ramiz Mehdiyev işə çıxıb


Rəsmi olaraq, iş günü olmasa da, PA rəhbərinin hətta bayram günlərində belə, o cümlədən dünən Administrasiyaya gəlib-getdiyi və ciddi şəkildə hansısa elmi məqalə üzərində işlədiyi bildirilir


Ötən ilin dekabrın 3-də ABŞAvropanı sərt tənqid edən məqaləsi yayıldıqdan sonra uzun müddət rəsmi tədbir və mərasimlərdə gözə dəyməyən, bu səbəbdən də barəsində müxtəlif şayiələr yayılan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, nəhayət ki, bütün dedi-qodu və intizarlara son qoyub.

Strateq.az-ın əldə etdiyi məlumata görə, səhhətində yaranmış problemlə bağlı müalicəsini başa vuran akademik artıq yenidən əvvəlki nizam-intizam və enerji ilə işinin başına dönüb. Rəsmi olaraq, iş günü olmasa da, PA rəhbərinin hətta bayram günlərində belə,  o cümlədən dünən Administrasiyaya gəlib-getdiyi və ciddi şəkildə hansısa elmi məqalə üzərində işlədiyi bildirilir. Gözlənilir ki, hər yazısı böyük rezonans yaradan akademikin aprel ayında növbəti maraqlı məqaləsi işıq üzü görsün.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvələdək siyasi çevrələrdə Ramiz Mehdiyevin bir daha işə çıxamayacağı xəbəri yayılmış, onun yerinə iddialılar arasında amansız bir rəqabətin başladığı haqda informasiyalar sızdırılmış, hətta bu şayiələrin mətbuatda da yayılmasına səy göstərilmişdi.

Strateq. az-a daxil olan məlumata görə, akademikin əvvəlki qaydada Administrasiyaya gəliş-gedişi onun uğurunu istəməyənləri xeyli məyus edib, üstəlik, bir çoxlarının canına əməlli-başlı vəlvələ salıb. Bəziləri hətta çox ehtiyatlanır ki, akademik, o olmadığı müddətdə bir çox məmurun özünü necə aparmasından artıq tam məlumatlıdır və mütləq şəkildə Administrasiya dəhlizlərində vurnuxanların barəsində ölçü götürəcək.

Xatırladaq ki, öz həyat və fəaliyyəti ilə gerçək bir dövlət adamı olduğunu çoxdan sübut etmiş akademik Ramiz Mehdiyevin aprelin 17-də 77 yaşı tamam olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar