Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PKK silah buraxa bilərmi?



“Bu proseslər Türkiyənin bölünməsi bahasına baş verəcəksə, bu kimsənin arzulamadığı bir ssenaridir”


Fazil Mustafa: “Mənim çox gümanım yoxdur ki, PKK-a silah buraxacaq və Türkiyədə kürd problemi öz həllini tapacaq”

PKK-a hər hansısa ciddi bir naliyyət əldə etmədən Öcalanın güvənliyi və yaxud da rahatlığı üçün özlərinin milli davasını belə rahatlıqla tərk etməyəcəklər”

Bu sözləri PİA.AZ-a PKK-ının silah buraxması ilə bağlı Abdulla Öcalanın PKK-ya müraciət etməsini dəyərləndirən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. Qeyd edək ki, hazırda İmralı adasında həbsxanada saxlanılan terrorçu PKK təşkilatının lideri Abdulla Öcalan hökümətlə əldə etdiyi razılaşma əsasında PKK-ya silah buraxmağı önərib. Lakin Türkiyə müxalifəti buna görə höküməti xəyanətdə suçlamaqdadır. 

Bəs PKK doğurdanmı silah buraxa və Türkiyədə kürd probleminin öz həllini tapa bilərmi? PİA.AZ-ın əməkdaşı bu sualla millət vəkili Fazil Mustafaya müraciət edib. Millət vəkili  PKK-a silahı buraxacağına və Türkiyədə kürd probleminin öz həllini tapacağına inanmadığını bildirib:



“Mənim çox gümanım yoxdur ki, PKK-a silah buraxacaq və Türkiyədə kürd problemi öz həllini tapacaq. Öncə bu danışıqların gizli arxa planında nələr yatır onu müəyyənləşdirmək lazımdır. Amma indi real vəziyyət budur ki, hökümət faktiki olaraq Güney Doğadakı şəhərlər üzərindəki nəzarətini itiribdir. O ərazilərə hal-hazırda PKK-a nəzarət edir, PKK-a ordusu qayda-qanunu müəyyən edir. Hətta şəhərin küçələrini belə PKK-lar xəndəklə qazaraq ora ümumiyyətlə hökümət maşınların daxil olmasına icazə vermirlər və tamamilə o küçələr işğal altındadır. Diyarbakirda, Akkaridə və başqa yerlərdə. Ona görə də burada düşündürücü məqamlar çoxdu. 

Mən fikirləşirəm ki, daha fərqli bir yol izlənə bilərdi. Müxalifəti də inandıraraq, onların da müəyyən dərəcə narahatçılığını ortadan qaldıraraq belə bir addım atıla bilər. Bəlkə də, hökümətin əlində elə bir əsaslar var ki, doğrudan da bunu təyin etmək bizim üçün də çətin olar. Amma indiki şərtlərdə, mənim fikrimcə bizim üçün şübhəli gəlir ki PKK-a hər hansısa ciddi bir naliyyət əldə etmədən Öcalanın güvənliyi və yaxud da rahatlığı üçün özlərinin milli davasını belə rahatlıqla tərk edələr. Bu bir az inandırıcı gəlmir. Çox ciddi güzəştlər olmalıdır ki PKK-a belə bir addım atsın. Bu güzəştlərin də nədən ibarət olduğunu söyləmək indiki məqamda çox çətindi. Ona görə də mənim də gümanım yoxdu. 

Təsəvvür edin ki, PKK-a şəhərlərin içində özlərinin təbliğat çadırlarını quraraq orda iş aparır və heç bir polis, ordu ora müdaxilə etmək imkanına sahib deyil. Xüsusən son 4-5-ildə PKK-nın imkanları xeyli genişləndi və bu baxımdan da mənim üçün də müəmalıdır. Hər halda mən də istəyərərdim ki,  silah buraxılsın və kürd problemi həll olunsun. Təbii ki, kürdlərin təməl haqlarına aid olan məsələlər həllini tapmalıdır. Amma bu Türkiyənin bölünməsi bahasına baş verəcəksə bu kimsənin arzulamadığı bir ssenaridir”. 

Həmçinin Fazil Mustafa PKK-nın silah buraxmasını Rusiya ilə Türkiyə arasında yaxınlaşma kimi əlaqələndirilməsi sualını da cavablandırıb:  

“Yox, PKK-nın silah buraxmasını Rusiya ilə Türkiyə arasında yaxınlaşma kimi əlaqələndirmək mümkün deyil. Çünki PKK-a bilavasitə Rusiyadan idarə olunan təşkilat deyil. Həm də PKK-nın silahlarını Avropa ölkələri verir və Avropadan daha çox maddi dəstək alır. Rusiyanın bu gün PKK-nı maddi cəhətdən dəstəkləmək imkanları elə də real deyil”.

Nərminə
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar