Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan qəzeti Mehriban Əliyevanın dəstəyi ilə keçirilmiş aksiyadan yazdı


Pakistanın ən nüfuzlu ingilisdilli qəzetlərindən olan "Daily Times"-da Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə keçirilmiş humanitar aksiya işıqlandırılıb.


Pakistandakı Səfirliyimizdən Trend-ə verilən məlumata görə, məqalədə bildirilib ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCOİSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində xeyriyyə tədbiri təşkil edilib.
 
Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edib, fondun kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini deyib.
 
Yazıda Mehriban Əliyevanın Heydər Əliyev Fondunun adından hər bir uşağa müxtəlif hədiyyələr təqdim etdiyi, Ancuman Süleymaniya məktəbində aparılan yenidənqurma işlərinə maliyyə yardımı göstərdiyi vurğulanıb.
 
"Daily Times"-da dərc edilmiş məqalədə qeyd olunub ki, Ancuman Süleymaniya məktəbinin vitse-prezidenti Rauf Xalid Mustafa və icraçı direktoru Şahida Riaz tədbirdə çıxış edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, Mehriban xanımın kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin iki xalq arasında məhəbbətinin göstəricisi olduğunu deyib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar