Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Palata dolların alış-satışı ilə bağlı banklara tapşırıq verdi


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərib


“APA-Economics”in bank sektorundan əldə etdiyi məlumata görə, məktubda bildirilir ki, ictimaiyyətdən Palataya bəzi banklar tərəfindən valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizindən əlavə komisyon haqlarının alınması ilə bağlı məlumatlar daxil olur.
 
“Bu isə əksər hallarda mövcud faiz dəhlizinin pozulması ilə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq valyuta mübadilə əməliyyatlarında əlavə komisyon haqlarının tətbiqi zamanı formalaşan faktiki məzənnənin müəyyən olunmuş limit hədləri çərçivəsində təmin edilməsi banklara və poçt rabitəsinin milli operatorlarına tapşırılır. Xahiş edirik işinizdə rəhbər tutasınız”, - deyə məktubda vurğulanıb.
 
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank xidməti istehlakçılarının hüquqlarının qorunması və müştəri bank münasibətlərində bank xidmətlərinin dəyərinin şəffaflığının təmin edilməsi prioritet vəzifələrdən biri olaraq daim diqqətdə saxlanılır.
 
Bank sektorunda çalışanlar bildirib ki, son zamanlar Palata bu sahədə nəzarəti gücləndirib. “Palata bankların filial və şöbələrində yoxlamalar aparır və 4%-lik marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalar tətbiq edir”, - deyə bank əməkdaşları əlavə ediblər.
 
Qeyd edək ki, Mərkəzi Bankın 08.01.2016-cı il tarixli məktubu ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın mübadilə məzənnəsi hədəfləri həmin gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsindən 4± % məbləğində müəyyən edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar