Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pan Gi Mun da ermənipərəst çıxdı?


AŞ PA-dakı çıxışında Pan Gi Mun Ermənistanı işğalçı adlandırmadı, BMT-nin Nizamnaməsini və qətnamələrini “unutdu”...


Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası davam edir. 

Dünənki plenar iclasda gözlənildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun assambleya iştirakçıları qarşısında çıxış edib. Daha sonra baş katib assambleya üzvlərinin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyini, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalı hələ də davam etdirdiyini diqqətə çatdırıb və Ermənistanın bu qətnamələri icra etməsi üçün BMT-nin hansı ölçülər götürə biləcəyinə dair baş katibə sual ünvanlayıb.

BMT baş katibi isə sualdan faktiki surətdə yayınaraq, “Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilə biləcəyini” söyləyib: “Atəşkəsin mütəmadi pozulması məni çox narahat edir. Ermənistanla Azərbaycan arasında nələrin baş verdiyini görürük, Dağlıq Qarabağ bölgəsində demək olar hər gün hər iki tərəfdən insan itkiləri baş verir. Hər iki tərəfin istifadə etdiyi nifrət dolu bəyanatlar da məni narahat edir. İki ölkə arasında gərginlik yüksəlməkdədir. Mən hər iki ölkəni münaqişəni sülh yolu ilə həll etməyə çağırıram. Hər hansı hərbi qarşıdurma iki ölkə və ümumilikdə bütün region üçün dağıdıcı olacaq, ağır nəticələrə gətirəcək. Bu münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Burada əsas ideya tərəflər arasında dialoqun aparılması və davamlı həllin əldə edilməsi üçün səylərin davam etdirilməsidir”.

Göründüyü kimi, BMT baş katibi öz görəvinə zidd olaraq, işğalçı Ermənistanla işğala məruz qalanı - Azərbaycanı tərəzinin bir gözünə qoyub, “işğal” sözünü əsla dilə gətirməyib, BMT-nin bir üzvünün digər üzvünə təcavüz faktı illərdir ortada ola-ola, heç olmasa, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir” cümləsini də işlətməyib. 

Təəssüf doğuran haldır ki, BMT kimi mötəbər bir təşkilatın rəhbəri bu təşkilatın qəbul elədiyi qətnamələrə (822, 853, 874, 884), onun nizamnaməsinə belə etinasızlıq göstərir. Bu, elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi ilə səsləşən bir yanaşmadır. Eyni zamanda təbii ki, BMT-nin gücsüzlüyünün, onun amorf bir quruma və böyük güclərin əlində alətə çevrildiyinin təsdiqidir.

Ancaq BMT nə qədər amorf, dişsiz təşkilat olsa da, onun qərarları, hər halda, ali sayılır və hələ heç kim tərəfindən ləğv edilməyib. Məsələ də ondadır ki, Pan Gi Mun məhz bu sənədlərdən çıxış edərək, dünyadakı bütün işğalları, o cümlədən erməni işğalını pisləyə, dövlətlərin ərazi bütövlüyünə hörmət etməyin vacibliyini önə çəkə bilərdi. Buna heç kim mane də olmurdu. Sadəcə, bəyanat...

Amma bunu o, etmədi və əvəzində şablon formada “hər iki ölkəni münaqişəni sülh yolu ilə həll etməyə” çağırdı. Bəs mexanizm? Mexanizm necə olsun? Pan Gi Mun işğalçı ilə işğala məruz qalan iki ölkənin bir-biri ilə vasitəçisiz-filansız dil tapmasını necə təsəvvür edir, əgər təcavüzkar təcavüzə məruz qoyduğu tərəfdən - Azərbaycandan de-fakto kapitulyasiya aktı imzalamağı tələb edirsə, BMT qətnamələrinə məhəl qoymursa, onları kağız parçası sayırsa, özünə qarşı Rusiya kimi beynəlxalq sanksiyaların tətbiqini görmürsə?!. 

Deyəsən, Pan Gi Mun da ermənipərəst çıxdı.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar