Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papanın şərhi Türkiyəni qəzəbləndirdi

Türkiyə bildirir ki, Papa Francis-in Birinci Dünya Müharibəsi zamanı ermənilərin kütləvi qırğınını soyqırım adlandırması "Səlib Yürüşü mentalitetini" nümayiş etdirir


Milli.az BBC-yə istinadən bildirir ki, Papanın qeydlərinin "reallıqla heç bir əlaqəsi" yoxdur, Türkiyə baş nazirinin müavini Nurettin Canikli deyib.

Ermənilərin və bir çox tarixçinin iddiasına görə 1915-ci ildə 1.5 milyon erməni Osmanlı İmpreiyası tərəfindən öldürülüb.

Lakin Türkiyə rəqəmlərin şişirdildiyini bildirir və qırğının soyqırım olmadığını iddia edir.
Türkiyənin bildirdiyinə görə, ermənilərin qırğını Birinci Dünya Müharibəsi dövründəki vətəndaş münaqişəsi zamanı baş verib.

Mövzu ətrafında mübahisə Türkiyə ilə Ermənistan arasında münasibətlərin daha da korlanmasına səbəb olub.
Almaniya parlamenti bu yaxınlarda ermənilərin kütləvi qırğınını soyqırım kimi tanıyıb.
Papa bu şərhini cümə günü Ermənistan paytaxtı Yerevana səfəri zamanı edib.

"Bu faciə, bu soyqırım, təəssüf ki, keçən əsrdə baş vermiş böyük faciələrin başlanğıcını qoyub," o deyib.
Lakin cənab Canikli şənbə günü buna cavab olaraq bildirib ki, Papanın dedikləri "təəssüf doğurur".
Papa Francis bu kəlməni keçən il də istifadə etmiş və Türkiyənin Vatikandakı səfirini müvəqqəti geri çağırmasına səbəb olmuşdu.

O, bazar günü Ermənistana səfərini başa vurmazdan öncə Türkiyə ilə sərhəd bölgəsinə də səfər edib.
Papanın sentyabr ayında Gürcüstan və Azərbaycana gedəcəyi də gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar