Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlament müxalifətinə ağır ittiham və cavab


"Azərbaycan parlamentində real müxalifət partiyaları yoxdur. Yalnız Ədalət Partiyası müstəqilliyini qoruyub saxlaya bilib. Digərləri hakimiyyət tərəfindən yaradılıb".


Bu sözləri açıqlamasında çıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, hakimiyyət real müxalifət partiyaları ilə əməkdaşlığa üstünlük verməlidir:" 
YAP-da partiyalararası əlaqələr, dialoq komissiyasının iclasına yalnız parlamentdəki partiyalar dəvət olunub. Bizim partiyaya dəvət gəlməyib. Biz bu formatda keçirilən dialoqu real duruma uyğun hesab etmirik. Axı Azərbaycan müxalifəti yalnız parlamentdəki partiyalardan ibarət deyil. Ölkənin siyasi sistemində mühüm yer tutan müxalifət partiyalarına qarşı ciddi münasibət olmalıdır. Ukraynada hakimiyyət devriləndən sonra ölkənin siyasi həyatı real müxalifət partiyalarından asılı qaldı. Demək istəyirəm ki, hakimiyyətlər istəsələr də belə real müxalifət partiyalarını siyasi səhnədən silə bilməzlər".
 
Parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) katibi Elçin Mirzəbəyli VİP sədrinin fikirlərini bölüşmür. O, Ə.Əliyevin fikirlərinə münasibət olaraq Teleqraf.com-a bildirib ki, VİP sədri ölkədəki siyasi reallığı düzgün qiymətləndirə bilmir: "Mən parlamentdə təmsil olunan digər partiyaların adından danışa bilmərəm. Amma BAXCP-nin real siyasi güc, kifayət qədər potensiala malik, təşkilatlanmış güc mərkəzi olması faktdır. Əli Əliyevin rəhbəri olduğu partiyada isə sadaladığım faktorlar yoxdur. Digər tərəfdən, düşünürəm ki, onun YAP-ın məlum tədbirinə münasibəti qısqanclıqdan irəli gəlir və tələsik verilmiş açıqlamadır. Yaxşı olardı ki, o, komissiyanın ilk iclasının qərarını oxusun. Orada parlamentdə təmsil olunan və olunmayan partiyalarla əməkdaşlıq məsələsi öz əksini tapıb. İlk iclas sadəcə məsləhətləşmə xarakteri daşıyırdı və orada gələcək fəaliyyətin konturları müzakirə olundu".
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar