Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentdə NİDA-çılara görə qalmaqal


Milli Məclisin aprelin 18-də keçirilən iclasında danışan deputat İqbal Ağazadə parlamentin Amnistiya aktı qəbul etməsi təklifi ilə çıxış edib.


O qeyd edib ki, Azərbaycanda heç bir cinayət törətmədiyi halda siyasi motivlərlə həbs olunmuş xeyli sayda insan var. İlqar Məmmədov, Tofiq Yaqublu, Qurban  Məmmədovun məhkəmələri tam qanunsuz və sifarişlə keçirilir və əsassız yerə həbsə atılıblar: 

“NİDA-çıların məhkəməsində prokurorun onlara 6 -8 il həbs istənilməsi absurd məsələdir. O məhkəmələrdəki şahidlər sifarişli şahidlərdir. Nə vaxta qədər ölkədə bu cür məhkəmə prosesləri davam edəcək? Neçə il o gəncləri həbs yatızdırıb sonra  cəmiyyətə ötürəcəklər. 

Qarşıdan əlamətdar bayram günləri gəlir. Milli Məclis Amnistiya aktı qəbul etsin. Siyasi motivlərlə həbs olunanlar  azadlığa buraxılsın. Heç bir cinayət törətmədiyi halda prokurorun gənclərə bu qədər iş istəməsi  prokurorluq orqanları üçün utancdır”.

Parlamentin 1-ci vitse spiker Ziyafət Əsgərov deputata cavab olaraq bidirib ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Konkret cinayət əməlinə görə həbs edilmiş insanlar var.

YAP-çı deputat Siyavuş Novruzov bildirib ki, gənclərin məhkəməyə düşməsinə görə onları öyrədənlər məsuliyyət daşıyır: ”Bunu uşaqları  öyrədib əlinə molotov kokteyli verib polisə hücum edən insanlardan soruşun.  Niyə xalqın uşaqlarını bədbəxt edirsiz? Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin hardan çıxıdı? İndidən hələ çıxmamış qərarın üstünə kölgə salmaq olmaz. Hüquq müstəvisində çıxarılan qərardan narazı olanlar digər instansiyalara müraciət edə bilər. Avropa Məhkəməsinə müraciət  edə bilərlər. Ölkədə dəfələrlə əfv fərmanları verilib. Ona görə yox ki kimsə siyasi partiyanın üzvdürsə, o, əfvə düşəcək. Kimin maddəsi bura düşürsə, o, azad oluna bilər. İxtisasından asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar