Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parolları gələcəkdə daha etibarlı üsul əvəzləyəcək


İnternet istifadəçiləri çox zaman asan tapıla bilən parollardan istifadə edirlər


“Keeper Security” şirkəti böyük resurslardan məlumatların axını nəticəsində 10 milyon parola sahib olub. Beləliklə, şirkət 2016-cı ildə istifadəçilər arasında ən populyar parolların reytinqini hazırlamağa nail olub.

Azərtac psm7.com saytına istinadla xəbər verir ki, “123456” rəqəmlərinin kombinasiyası ən məşhur parollar reytinqinin dəyişilməz lideridir. Ondan 17 faiz insan istifadə edib. Onluğa daxil olan dörd parol isə bu kombinasiyanın müxtəlif variantlarıdır.

Parol qismində “1q2w3e4r” və ya “123qwe” kimi hərf və rəqəmlərin kombinasiyaları istifadəçilərin təhlükəsizlik məqsədilə gözlənilməz nümunələrdən istifadə etməyə çalışdığını göstərir.

Məlumatların qorunmasının əsas üsulu kimi parollardan istifadə çox etibarsız təcrübədir. Statistikaya əsasən, istifadəçi 10-20 proqram üçün mürəkkəb və unikal parolları yadda saxlaya bilmir. Bu səbəbdən parol problemi zaman keçdikcə daha da aktual olur.

Ekspertlər növbəti bir neçə il ərzində parolların “ölümünü” proqnozlaşdırırlar. Onları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu – biometriya əvəz edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar