Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya meşədə qurultay keçirəcək


Azərbaycan Milliyyətçi Demokrat Partiyası qurultaya hazırlıq işlərini demək olar ki, yekunlaşdırmaq üzrədir


Bu barədə partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri İsgəndər Həmidov “Yeni Müsavat”a bildirib. Onun dediyinə görə, qurultayın keçirilməsi sentyabr ayının sonuna nəzərdə tutulub: “Hələ ki, bizə qurultayımızı keçirmək üçün yer ayrılmayıb.

Hakimiyyət Azərbaycan Milliyyətçi Demokrat Partiyasına qurultay keçirmək üçün yer verməsə qurultayı meşədə keçirəcəyik. Biz təbiət qoynunda da olsa qurultayı keçirəcəyik. Lakin bu zaman dünya Azərbaycanda siyasi durumun hansı səviyyədə olduğu haqqında təsəvvürə gələcək. Azərbaycan hakimiyyəti heç olmasa bunu nəzərə alıb bizə normal yer ayırsa yaxşı olar”.

İ.Həmidov qeyd etdi ki, AMDP-nin rayonlarda konfransları keçirilib və bu proses davam edir: “Konfranslar zamanı şahidi olduq ki, ölkədə milliyyətçi ruhda sağlam gənclik var. Bu gənclik çox vətənpərvərdir. Təəssüf ki, ölkəmizdə gəncliyi də sındırmaq prosesi illərdir aparılır. Gəncliyi bir parça çörəyə möhtac qoyurlar ki, çörəyi naminə kimlərəsə yaltaqlansın. Belə bir vəziyyətdə vətənpərvər, qürurunu qoruyan gənclərin qalmasının özü böyük işdir. Bu cür gənclər gələcəyə ümid verir. Milliyyətçi Demokrat Partiyasına gənclərin gəlişinin qurultayda şahidi olacaqsınız”.

İ.Həmidov oktyabr-noyabr aylarından Azərbaycanda siyasi proseslərin aktivləşməsi prosesinin start götürəcəyini də söylədi: “Bu proseslərdə bizim partiyamız da fəal olacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar