Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiyaların nə qədər üzvü var?


“Yarpaq tökümü”nə məruz qalan siyasi təşkilatların siyahısı


Azərbaycanda fəaliyyət göstərən aparıcı siyasi partiyaların nə qədər üzvü var? 2014-cü il ərzində neçə nəfər hansı partiyalara üzv olub? 

Modern.az saytı siyasi qurumların funksionerlərinə bu sualla müraciət edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov  bildirib ki, partiyanın 84 rayon-şəhər təşkilatı fəaliyyət göstərir. Onun sözlərinə görə, YAP-ın hazırda 630 mindən çox üzvü var. “2014-cü ildə təxminən 15 min nəfər partiyamıza üzv qəbul olunub”.O bildirib ki, YAP-ın 8 mindən artıq ilk partiya təşkilatı da fəaliyyət göstərir. 
Müsavat Partiyasından verilən məlumatda qeyd olunur ki, partiyanın hazırda 90 mindən çox üzvü var və 2014-cü ildə üzvlük üçün müraciət edənlərin sayı hələ tam hesablanmayıb.

AXCP-nin hazırda 20 mindən çox üzvü var”. Bunu deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının açıqlamasında bəlli olub  ki, ötən illə müqayisədə partiya sıralarında əməlli-başlı seyrəlmə müşahidə olunub. Belə ki, ötən il Fuad Qəhrəmanlı özünün verdiyi açıqlamada partiyanın 30 mindən çox üzvünün olduğunu bildirmişdi. 
Yeri gəlmişkən, aparıcı müxalifət partiyası olan AXCP-yə bu il 800 nəfər üzv olmaq üçün müraciət edib.

ADP sədri  Sərdar Cəlaloğlu bildirib ki, partiyanın üzvlüyü yox dərəcəsindədir. “Bu proses olduqca passivdir. Siyasi fəaliyyət nəticəsizdir, uduzuruq. Partiyanın hazırda 10 mindən artıq üzvü var”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin sözlərinə görə qurumun 20 min üzvü var. “Bu il müraciət edənlərin sayı isə təxminən 500 nəfərdir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, rəhbərlik etdiyi qurumun 57 min üzvü var. 2014-cü ildə müraciət edənlərin sayı isə 2800 nəfərə yaxındır.

Böyük Qurtuluş Partiyasının isə 5 min üzvü var. 2014-cü ildə 200-ə yaxın şəxs üzv olmaq üçün müraciət edib. Bu barədə BQP başqanı Fazil Mustafa məlumat verib.

Görünən odur ki, adıçəkilən partiyada da üzvlərin sayının kəskin azalması tendensiyası ilə üzləşib. Ötən il Modern.az-ın araşdırması zamanı bəlli olmuşdu ki, BQP-nin 7 mindən çox üzvü var.

Ana Vətən Partiyasının üzvlərinin sayı 20 mindən artıqdır. Partiyadan daxil olan məlumata görə  2014-cü ildə 2272 nəfər üzvlük üçün müraciət edib. Onlardan 1972 nəfərinə isə üzvlük vəsiqəsi verilib.

AMİP-dən verilən məlumatda isə bildirilib ki, hazırda partiyanın 23 mindən artıq üzvü var. 2014-cü ildə 147 nəfər üzv olmaq üçün müraciət edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar