Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan İrana niyə gedir?


“Paşinyanın İrana səfər etmək istəməsi o anlama gəlməlidir ki, Ermənistan İranla bağlı siyasətini dəyişməyəcək, əksinə, bunun daha da inkişaf etdirilməsi üçün İran rəsmilərindən xahişlər edəcək”


Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, əslində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan İranla əlaqələrin inkişafında həmişə maraqlı olacaqdır:

“Bu, İrana olan böyük rəğbət, məhəbbətdən deyil, Ermənistana həyatı mənada vacib olan şərtdən doğan istəkdir. Bilirik ki, Ermənistanın Türkiyə ilə sərhədləri bağlıdır, Azərbaycanla isə müharibə vəziyyətindədir. Yalnız İran vasitəsilə ilə müxtəlif iqtisadi proyektlər həyata keçirə bilər. Daha doğrusu, İran Ermənistana əvvəllər olduğu kimi müxtəlif yardımlar və yatırımlar edə bilər. İranın da bu məsələdə maraqları rəsmi İrəvana olan simpatiyasından qaynaqlanmayıb. Çoxları həmişə İranı qınayıblar ki, Azərbaycanın ərazilərini işğal edən, müsəlman əhalisini qətlə yetirən bir dövlətlə çox yaxından əməkdaşlıq etməklə, Azərbaycana olan real münasibətini ortaya qoyub. Yəni islam dövləti adlandırılsa da, islami dəyərələrlə ziddiyət təşkil edən bu şəkildə xarici siyasət yürütməsi hətta İran daxilində belə zaman-zaman etirazlara səbəb olub. Amma bütün bunlara baxmayaraq, siyasi çıxarları naminə hər iki dövlət əlaqələrini davam elətdirir”.

Ekspert vurğulayıb ki, Paşinyanın baş tutacaq səfərində də əsas danışıqlar Ermənistanla strateji sahələrdə əməkdaşlığın genişləndərilməsi ətrafında aparılacaq:

“Biz bilirik ki, İran Ermənistanda indiyədək müxtəlif iqtisadi layihələr həyata keçirib və bundan sonra da davam etdirmək niyyətindədir. Əvəzində çox güman ki, İrəvan da siyasi sahədə müxtəlif məsələlərdə İrana dəstək verməklə, qarşılıqlı jestlərini edəcək. Hesab edirəm ki, Paşinyan ilk növbədə İran hakimiyyətini inandırmağa çalışacaq ki, münasibətlərdə hər hansı dəyişiklər olmayacaq. Yəni yeni hökumətin Qərbə meyilli olmasını deyənlər olsa da, Qərbin İranla bağlı siyasətinə dəstək verməyəcək”.

Ekspert qeyd edib ki, burada Rusiya faktorunu da nəzərə almaq lazımdır:

Rusiya ilə hərbi-iqtisadi bloklarda təmsil olunan bir dövlət həmin blokların siyasətinə istəsə belə zidd gedə bilməz. Nəticə olaraq demək istəyirəm ki, bu səfər son 26 ildə olan səfərlərdən biri kimi olacaq və ona xüsusi önəm verməyə də dəyməz. Zatən hər iki dövlətin bir-birinə də, Azərbaycana da münasibətləri ayrı-ayrılıqda həmin zamandan bəllidir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrana səfər etməyə hazırlaşır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar