Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan küçələrdən çəkilməsə, Azərbaycan hücum edəcək?


Ermənistan paytaxtında günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbətdə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir. Bu da öz növbəsində “rəngli inqilab”a aparır


Bunları müxalif deputat Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan güclü etiraz hərəkatını Rusiyanın “Sputnik” agentliyinə şərh edən erməni hərbi ekspert Ayk Nahapetyan deyib.

Nahapetyanın fikrincə etirazçılar başqa ölkələrdə “rəngli inqilab” təşkilatçılarının metodları ilə hərəkət edir. “Rəngli inqilab”ın emissarları Ermənistanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışır. Onun fikrincə Ermənistanda “rəngli inqilab” texnologiyasının tətbiq edildiyi açıq-aşkardır.



Məsələn, etirazçı qız və oğlanın polis kordonunun qarşısında öpüşən yerdə çəkilmiş fotosu sürətlə bütün dünyaya yayılıb. Nahapetyan qeyd edib ki, bu mənzərə Kiyevdə “Maydan” hərəkatı zamanı da qeydə alınmışdı. Onun bildirdiyinə görə etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və s. barədə vərəqələr paylanır. Nahapetyan təşkilatçıların Qərbdə olduqlarını deyib.

Hərbi ekspert bildirib ki, əgər ciddi çaxnaşmalar olarsa Azərbaycan bundan dərhal istifadə edəcək. Ona görə də etiraz aksiyasının kuratoru kimi deputat Nikol Paşinyan bu haqda düşünməlidir.



“Kim ki özünü etiraz hərəkatının rəhbəri sayır, bu haqda düşünməlidir. Əgər Paşinyan özünü hərəkatın lideri sayırsa səhv edir. Rəhbərliyi ssenarini yazanlar edirlər, bu “yazıçılar” isə Ermənistanda deyil”-Nahapetyan bildirib.

Xatırladaq ki, Nikol Paşinyan bu gün Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib. İrəvan küçələrində onun tərəfdarlarının yürüşü davam edir, etirazlar ölkənin digər şəhərlərinə də sıçrayıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar