Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın İran mövqeyi - Bu mövqe aydın görünürmü?


Politoloq: “Yaxın Şərqdə Rusiyanın yeganə güclü müttəfiqi olan İranın sıradan çıxarılması, orada pro-amerikan siyasətçiniin hakimiyyətə gətirilməsi Rusiyaya dağıdıcı zərbə olacaq”


“Ukraynadan sonra Rusiyaya qarşı Qafqaz cəbhəsinin açılacağı ehtimalı kifayət qədərdir. Qərbdə oturan bəzi dairələr dünya ermənilərinin də iştirakı ilə Cənubi Qafqazda konfiqurasiyanın dəyişməsinə, Rusiyanın cənub regionlarının qeyri - sabit bölgəyə çevrilməsi üçün əllərindən gələni edəcəklər”.

Bu sözləri politoloq Zaur Məmmədov "Ermənistanda baş verən inqilab Rusiyaya qarşı deyil, İrana qarşı həyata keçirilib və məqsəd Qərb kəşfiyyatının Ermənistanda İrana qarşı daha sərbəst fəaliyyətdə ola bilməsini təmin etməkdir" iddiasını PİA.AZ-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Rusiyanın tanınmış jurnalisti və ictimai xadimi Maksim Şevçenko Azərbaycan mətbuatına ötən günlərdə verdiyi müsahibəsində bildirib ki, Ermənistanda baş verən inqilab Rusiyaya qarşı deyil, İrana qarşı həyata keçirilib və məqsəd Qərb kəşfiyyatının Ermənistanda İrana qarşı daha sərbəst fəaliyyətdə ola bilməsini təmin etməkdir. Paşinyan İranla bağlı məsələlərdə daha çox susmağa üstünlük verir. 

Paşinyanın İranla bağlı münasibətlərində aydın mövqeyi görünürmü və İrana qarşı hazırlanan planlarda Ermənistanın iştirakı İran-Ermənistan münasibətlərində hansısa müstəvidə gərginliyə səbəb ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.


Zaur Məmmədov: “ABŞ və İsrail bölgədə istədikləri siyasəti aparmaq üçün Türkiyə və İrandakı hakimiyyətləri dəyişməlidirlər”.


Sanksiyalarla üzləşmiş Rusiyanın Yerevana lazım olmadığını vurğulayan politoloq PİA.AZ-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda ABŞ - Ermənistan arasında latent səviyyədə görüşlər intensivləşəcək:

“Doğrudan da bəzi dairələrin fikrincə, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi ABŞ ın İrana qarşı yaxın vaxtlardakı planları ilə bağlıdır. Şevçenko oradakı hadisələrin Rusiyaya qarşı deyil, İrana qarşı hazırlandığını bildirir.  O zaman sual yaranır, məgər İran Rusiyanın siyasi partnyoru deyilmi?. 

ABŞ və İsrail bölgədə istədikləri siyasəti aparmaq üçün Türkiyə və İrandakı hakimiyyətləri dəyişməlidirlər. Yaxın Şərqdə Rusiyanın yeganə güclü müttəfiqi olan İranın sıradan çıxarılması, orada pro-amerikan siyasətçiniin hakimiyyətə gətirilməsi Rusiyaya dağıdıcı zərbə olacaq. Buna görə, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsində Qərb izi axtaranlar və bunu Vaşinqtonun İrana qarşı gələcəkdə aparacağı siyasətə bağlayanlar haqlı deyillər. 

Paşinyanın  hakimiyyətə gəlməsi ilk növbədə Rusiyanın müvafiq orqanlarının buraxdıqları boşluqlarla bağlı idi. Məsələ burasındadır kı, Moskanın MDB məkanının siyasi elitaları ilə apardığı diplomatik işlər öz effektivliyini itirməkdədir.  Bugün hər hansı ərazidə nüfuz əldə etmək üçün siyasi elitalardan daha çox həmin ölkələrin kütlələri ilə sıx təmasda olmaq lazımdr.  ABŞ-ın illərdir ki, apardığı “yumşaq güc” siyasətinin effektivliyi göz qabağındadır. Erməni cəmiyyəti, erməni gəncliyi ideoloji baxımdan artıq Moskva ilə deyil, Qərblə birlikdədirlər. Bunun da obyektiv səbəbləri var. Dünyanın harasında yaşamasından asılı olmayaraq faşist və özlərini sevən ermənilər ölkələrinin inkişafını görmək istəyirlər. 

Zaur Məmmədov: “Erməni cəmiyyəti, erməni gəncliyi ideoloji baxımdan artıq Moskva ilə deyil, Qərblə birlikdədirlər”.


Bir vaxtlar ermənilər Osmanlı sultanlarına siğınmışdılarsa, sonra  orientirlərini Peterburq sarayına dəyişdilər. Lakin, monarxiya rejiminə qarşı Qərb dairələrində aparılan kampaniya və Rusiyada gec - tez hakimiyyətin dəyişəcəyini görən ermənilər bu torpaqlarda terror, iğtişaşlar törətməklə məşqul idilər. Uzun sözün qısası, sanksiyalarla üzləşmiş Rusiya Yerevana lazım deyil. Hesab edirəm ki, yaxın vaxtlarda ABŞ - Ermənistan arasında latent (gizli -red!) səviyyədə görüşlər intensivləşəcək.  

2017 ci ilin payızında dediyim kimi, bir daha təsdiq edirəm ki, Ukraynadan sonra Rusiyaya qarşı Qafqaz cəbhəsinin açılacağı ehtimalı kifayət qədərdir. Qərbdə oturan bəzi dairələr dünya ermənilərinin də iştirakı ilə Cənubi Qafqazda konfiqurasiyanın dəyişməsinə, Rusiyanın cənub regionlarının qeyri - sabit bölgəyə çevrilməsi üçün əllərindən gələni edəcəklər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar