Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Qarabağ taktikası - Fərqli bir siyasət, yoxsa...?


Politoloq: “Qarabağ münaqişəsinin həlli nə Ermənistandan, nə də Paşinyandan asılı deyil”


“Əgər Paşinyan baş nazir seçilsə, bu zaman Dağlıq Qarabağ problemi istiqamətində hər hansı bir yeniliklər gözlənilməyəcək”.

Bu sözləri politoloq Arzu Nağıyev Ermənistanda məxməri inqilabın lideri Nikol Paşinyanın Qarabağla bağlı açıqladığı strategiyanı PİA.AZ-a şərh edərkən qeyd edib.

Ermənistanın baş nazirliyinə əsas namizəd, məxməri inqilabın lideri Nikol Paşinyan Qarabağla bağlı strategiyasını açıqlayıb. Paşinyan əmindir ki, Bakıda tez-tez “İrəvanın qaytarılması” haqda bəyanatların səsləndiyi bir vaxtda effektiv danışıqlar aparmaq mümkün deyil. “Azərbaycan qeyri-konstruktiv, aqressiv mövqe nümayiş etdirir. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artımaqdır. Bu Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur”-Paşinyan parlamentdə jurnalistlərə bildirib.

Nikol əlavə edib ki, Ermənistanın təhlükəsizliyi onun üçün prioritetdir. Onun fikrincə Ermənistanda baş verən son hadisələr ordunun və xalqın döyüş ruhunu yüksəldib. “Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdidə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq”-Paşinyan deyib. Nikol Paşinyana görə Minsk Qrupunun həmsədrləri də Bakının “aqressiv ritorikasını dayandırmaq və onu danışıqlar çərçivəsinə qaytarmaq” üçün səylər göstərməlidir. Orduda kadr məsələlərinə gəldikdə isə Paşinyan bu haqda ancaq müvafiq səlahiyyətlər alandan sonra danışa biləcəyini bildirib. O, müdafiə nazirinin dəyişdirilməsinin mümkünlüyünə dair suala cavab verməyib.

Yeni formalaşacaq Ermənistan hökumətinin Qarabağ münaqişəsinin həllində köhnə hökumətdən fərqli bir siyasət yürüdəcəyini gözləmək mümkündürmü, yoxsa Ermənistan yenə də danışıqlardan yayınmaq taktikasına üstünlük verəcək? Həmçinin bəzi rus və erməni analitikləri hesab edirlər ki, Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanda konstitutsiya böhranına səbəb olacaq. Ermənistanda xaos uzanarsa və hakimiyyət böhranı öz həllini tapmazsa, Qarabağ problemində hansı vəziyyət yarana bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevə müraciət edib.



Arzu Nağıyev: “Ermənilər nəyin bahasına olur olsun, Sərkisyanın getməsinə səs verdilər, Paşinyanın gəlməsinə deyil”.


Sərkisyan nə qədər qeyri-konstruktiv mövqe seçsə də, status-kvonu saxlamağa çalışsa da, mühüm əhəmiyyətli proseslərdən xəbərinin olduğunu qeyd edən politoloq Arzu Nağıyev əlavə edib ki, Paşinyan yeni qüvvədir və əgər seçilsə, yenidən eyni proseslər davam edəcək:

Ermənistan parlamentində hələ Paşinyan baş nazir kimi təsdiq olunması və onun seçilməsi məsələsi əsas məsələdir. Əgər Paşinyan baş nazir seçilsə, bu zaman Dağlıq Qarabağ problemi istiqamətində hər hansı bir yeniliklər gözlənilməyəcək. Əvvəlcədən də məlum məsələdir ki, bütün proseslər idarə olunandır. Eyni zamanda o da məlumdur ki, burada Dağlıq Qarabağ münaqişəsi onlar üçün prioritet istiqamətdir. Dağlıq Qarabağ kartı həmişə oynanılan kartdır. Bütün bunlara görə də baş verən hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsində  Azərbaycanın hansısa xeyirinin olacağı məsələsi ümumiyyətlə orataya qoyulmayıb. 

Paşinyan nə qədər demokratiyadan, demokratik məsələlərdən danışsa da, məlumdur ki, onun bu məsələ ilə bağlı heç platforması olmayıb. Bir sıra dövlətlərdən, yəni Ukrayna, Gürcütsan, Qırğızıstan dövlətlərində baş verən “məxməri inqilab”dan fərqli olaraq, Ermənistanda inqilab edən şəxslərin proqramı yoxdur. Onların hansı istiqamətdə addımlar atacağı da məlum deyil. Paşinyan mitinqin bu səviyyədə olmasına ona görə nail oldu ki, həm tələbələri ayağa qaldıra bildi, həm də mitinqləri regionlara keçirməyə başladı. Regionda da aclıq, rəzalət o qədər çox idi ki, onlar nəyin bahasına olur olsun, Sərkisyanın getməsinə səs verdilər, Paşinyanın gəlməsinə deyil.

Arzu Nağıyev: “Ermənistanda hakimiyyət böhranı öz həllini tapsa da, tapmasa da Dağlıq Qarabağ məsələsi problem olaraq qalacaq”.


Bildiyimiz kimi Dağlıq Qarabağla bağlı Paşinyan ATƏT-in Minsk Qrupu ilə danışıqların yenidən bərpa olunmasını deyir. Eyni zamanda Avropa İttifaqı da məsələsinin həllində danışıqlara qayıtma yolunun mühüm olduğunu qeyd edirlər. Yəni məlum məsələdir ki, Ermənistan hakimiyyətində istər Paşinyan, istərsə də digəri də olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addım atılmayacaq. Qeyd edim ki, Sərkisyan nə qədər qeyri-konstruktiv mövqe seçsə də, status-kvonu saxlamağa çalışsa da, mühüm əhəmiyyətli proseslərdən xəbəri vardı. Lakin Paşinyan yeni qüvvədir və əgər seçilsə, yenidən eyni proseslər davam edəcək. 

Ermənistanda yeni konstitutsiyaya uyğun olaraq baş nazir dövlət başçısından da çox hüquqa malikdir. Hətta müharibə başlasa, Ermənistanda baş nazir ali baş komandan funksiyasın yerinə yetirəcək. Buna görə inandırıcı görünmür ki, məhz Dağlıq Qarabağ münaqişəsi istiqamətində müsabət addım atılsın. Ermənistanda verilən bəyanatlarında da Azərbaycana müəyyən təhdidlər edilir, guya Azərbaycan silahlanır bunun qarşılığında da onlar da silahlanmalıdır vəs bunun kimi problemlər deyilir. Həmçinin bu məsələdə Rusiya faktoru da var. Heç də demək olmaz ki, Rusiya Paşinyandan imtina edib. 

Ermənistanda hakimiyyət böhranı öz həllini tapsa da, tapmasa da Dağlıq Qarabağ məsələsi problem olaraq qalacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli nə Ermənistandan, nə də Paşinyandan asılı deyil. Qarabağ problemi super güclərin də marağında həll olunmalıdır. Eyni zamanda da Azərbaycan heç vaxt imkan verməz ki, öz ərazisində ikinci bir erməni dövləti yaransın”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar