Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb

Rio-2016-da qanunsuz bilet alverində təqsirli bilinərək saxlanılan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb


 Apasport.az saytının məlumatına görə, bunu Braziliyanın Rio-de-Janeyro şəhərinin polis idarəsindən açıqlayıblar.
 
Eyni zamanda İrlandiya Olimpiya Komitəsinin rəhbəri olan 71 yaşlı funksioner daha 4 nəfərlə birlikdə həbsdə saxlanılır ki, onlardan biri İngiltərə “İpsviç” futbol klubunun rəhbəri Mark Evansdı.
 
Braziliyalı müstəntiq Rikardo Barbosa keçirdiyi mətbuat konfransında Hikkinin məhz Evansla əlaqələr üzündən “ilişdiyini” bildirib: “Əlimizdəki dəlillər, ilk növbədə də elektron məktublar Patrik Hikkinin Mark Evansla əlaqədar olduğunu təsdiqləyir. Sonuncu THG şirkətinin rəhbəri, Hikki isə İrlandiya Olimpiya komitəsinin prezidentidi. Bütün qanunsuz bilet satışının təşkilatçısı da THG şirkətidi. Bu cinayətkarlar sisteminin əsas işi biletləri rəsmi qiymətindən daha yuxarı satmaqdı. Onlar bunu qonaqpərvərlik proqramı adı altında gizlədirlər”.
 
THG şirkətinin direktoru Kevin Mallonun həbsindən sonra daha da genişlənən istintaq Hikki və Evans daxil olmaqla 7 nəfərin saxlanılması ilə nəticələnib. Mallonun əlində yaxalanan yüzlərlə bilet arasında Olimpiya Oyunlarının açılış mərasimi üçün nəzərdə tutulanlar da olub. Nominal qiyməti 1400 dollar olan bu biletlər qara bazarda 8000 dollara satılması planlaşdırılıb.
 
Qeyd edək ki, istintaq nəticəsində İrlandiya Olimpiya Komitəsinin daha 3 əməkdaşı da saxlanılıb. Bunlar nümayəndə heyətinin rəhbəri Kevin Kilti, baş katib Dermot Henihan və Stiven Martindi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar