Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxt Bakıdan köçürülür?


Azərbaycanda paytaxtın köçürülməsi ilə bağlı deyilən fikirlər tamamilə səhvdir


Bunu Lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. O qeyd edib ki, paytaxtın köçürülməsi üçün konstitutsiyada dəyişiklik olmalıdır: “Konstitutsiyanı dəyişmək üçün isə referendum keçirilməlidir”.

C. Qocayevin sözlərinə görə, Bakı paytaxt olaraq resursunun 30 faizini istifadə etmir: “Bakı Azərbaycanın sərvəti bol olan ərazisidir”.

“Paytaxtda sıxlığı aradan qaldırmaq üçün nazirliklərin köçürülməsi gündəmdədirmi” sualına Dövlət Komitəsinin rəsmisi belə cavab verib: “Xeyir, gündəmdə deyil. Ancaq istəsələr, Dövlət Komitəsi nazirliklərə yer ayıra bilər”.

Şöbə müdirinin sözlərinə görə, bəzi dövlət təşkilatlarının paytaxtda yerləşməsinə ehtiyac yoxdur: “Məsələn, Azərenerji SC paytaxtda deyil, ya Şirvan şəhərində, ya da Mingəçevirdə fəaliyyət göstərməlidir. “Azəryolservis” Biləcəriyə köçürüləcək. Milorasiya və Su Təsərrüfatı ASC Ceyranbatanda da fəaliyyət göstərə bilər”.

C. Qocayev vurğulayıb ki, dövlət qurumların rayonla əlaqəli işlədiklərinə görə, rayonlardan həmin qurumlara xeyli insan gəlir: “Onların da hərəsi bir maşınla gəlir. Hesablayanda görərik ki, hər gün nazirliklərə (komitə və dövlət şirkətlərinə) rayonlardan 70 maşın gəlir”.

Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, əgər nazirliklər yeni əraziyə köçmək üçün yer ayrılmasını istəsələr, Komitənin layihəçiləri yer ayırarlar.

“Ali məktəblərin köçürülməsi də çox vacib bir məsələdir. Ali məktəblər üçün Qafqaz Universiteti, MDU-nun Bakı filialı kimi təhsil şəhərcikləri (kompus) yaradılmalıdır. Bu həm də Bakətrafı qəsəbələrin mədəni, intelektual inkişafına da təsir göstərər”.

Şöbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi təhsil şəhərcikləri ilə bağlı Dövlət Komitəsinə müraciət etsə, yer ayrılar: “Ali məktəb şəhərcikləri yaratmaq üçün Böyükşor gölünün ətrafından Ələtə qədər xeyli ərazi var”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar