Bakıda xuliqanlıq hadisəsi baş verib
Lent.az-ın məlumatına görə, Salyan rayon sakini olan 1992-ci il təvəllüdlü Muradlı Orxan Məmməd oğlu 30-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında tanışı, 1988-ci il təvəllüdlü Ağakişiyev Ceyhun Əmir oğlu onu döyüb.
Şikayətçi 28 yaşlı oğlanın onu xuliqanlıq zəminində vurduğunu qeyd edib. Müraciət əsasında araşdırma aparılır.
pia.az