Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pedro Aqramunt Rəsul Cəfərovun müdafiəsinə qalxıb


Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökmdən narahatlıqlarını bildiriblər


“Biz mart ayında vəziyyətin monitorinqi çərçivəsində Azərbaycana səfərimiz zamanı Rəsul Cəfərovla görüşdük. O, məhkəməyə qədər həbs altında idi. R.Cəfərov ona qarşı ittihamların siyasi motivli olduğunu bildirdi. Hüquq müdafiəçisinin bu qədər uzun müddətə məhkum edilməsi rəhbərlik etdiyi QHT-nin xərcləri ilə bağlı irəli sürülən ittihamlara adekvat deyil”, - AŞPA-nın saytında yayılan məlumatda deyilir.

Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, hakimiyyət R.Cəfərovun apellyasiya şikayətinə baxılması zamanı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq  ədalətin, tərəflərin bərabərliyinin, təqsirsizlik prezumpsiyasına hörmətin təminatı üçün addımlar atacaq.

Həmçinin məlumatda qeyd olunur ki, R.Cəfərovun məhkəməyə qədərki  həbsə dair şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılır və Avropa Şurası insan hüquqları komissarı üçüncü tərəf kimi bu prosesə müdaxilə etmək hüququndan istifadə edib.

Qeyd edək ki, bu, ötən ilin yayında və payızında tanınmış hüquq müdafiəçiləri və jurnalistlərin həbsindən sonra AŞPA həmsədrlərinin Azərbaycan vətəndaş cəmiyyəti fəallarının təqib olunmasını və həbsini açıq şəkildə pisləməsi ilə bağlı ilk haldır.

P.Aqramunt Azərbaycanda siyasi məhbuslar məsələsi də daxil olmaqla, insan hüquqları məsələsi üzrə məruzəçi olsa da, bu missiya çərçivəsində bir dəfə də olsun Azərbaycana gəlməyib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar