Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn müxalifətin yenidən birləşəcəyi anonsunu verdi


AXP lideri hesab edir ki, hər bir müxalifət təşkilatı doğru hesab elədiyi addımları atmalıdır və bir qədər cəsarətli olmaq lazımdır: “2015-ci ilin parlament seçkiləri ilə əlaqədar müxalifətin konsolidasiyasının getməsi ehtimalı böyükdür”


Azərbaycanda müxalifət düşərgəsində pərakəndəlik, düşərgənin əsas komponentləri olan Müsavat, AXCP kimi təşkilatlar arasında gərginlik qalmaqda davam edir. Ekspertlər hesab edir ki, 2015-ci il parlament seçkilərinə az qaldığı bir vaxtda demokratik düşərgə arasında inteqrasiya meyllərinin olmaması, yeni birliklər istiqamətində konkret addımların atılmaması bütövlükdə müxalifətin zərərinə işləyir. 

Qeyd edək ki, əvvəlki illərdə də bu cür hallar müşahidə olunub. Lakin belə situasiyalarda demokratik düşərgənin bir sıra ideoloqları önə çıxıb toparlayıcı təkliflər irəli sürürdülər və birlik yaradılması üçün addımlar atıb, buna nail olurdular. Bu işdə aktivliyi ilə adətən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn seçilib. Bəs, Pənah Hüseynin yaxın dövrlərdə yenidən hansısa birlik təşəbbüsləri irəli sürmək və demokratik düşərgənin əsas qüvvələrinin bir araya gəlməsi üçün addımlar atmaq niyyəti varmı?

Bu sualla müraciət etdiyimiz Pənah Hüseyn bildirdi ki, zaman-zaman demokratik düşərgənin bir araya gəlməsi və yeni birliklər formalaşması məsələsini konkret fərdlərin təşəbbüsü ilə bağlamağı o qədər də düzgün saymır. Çünki adətən sosial sifariş olduqda birlik prosesi gedir və birliklər reallaşır. Az və ya çox dərəcədə belə bir sosial sifariş həmişə mövcuddur: “Konkret olaraq indiki situasiyada da müəyyən işlərin getdiyini, əgər diqqətlə baxılsa, görmək mümkündür. Bu, həm 2015-ci il parlament seçkisi ilə bağlı ideyalarda, həm iqtidar-müxalifət münasibətləri ilə bağlı polemikalarda, həm konkret məsələn, bir həftə öncə bir qrup siyasi partiyanın Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşü ilə əlaqədar polemikalarda özünü göstərdi və göstərməkdə davam edir. Daha konkret danışsaq, mən hesab edirəm ki, müxalifətin 2015-ci il parlament seçkilərinə münasibətlə əlaqədar konsolidasiyasının getməsi ehtimalı böyükdür. Bunu ən ümumi kontekstdə bu seçkiyə gedənlərin ittifaqı, ümumi koalisiyası kimi təsəvvür eləmək mümkündür. Bunu seçki bloku və ya siyasi bloklarla qarışdırmaq lazım deyil. Mənə elə gəlir ki, 2015-ci ilin əvvəllərindən biz hər halda, müəyyən proseslərin şahidi olacağıq. Bunun ideoloji, siyasi platforması demək olar ki, müəyyənləşib. Bu, siyasi məhbus probleminə olan münasibət, ölkədə seçki situasiyası ilə bağlı ümumi baxışlar ola bilər. Burada geosiyasi komponentin hansı rol oynayacağını indidən demək çətindir. Amma tamamilə mümkündür ki, müəyyən situasiyada hətta geosiyasi meyllər məsələn, Avropa Birliyi ilə münasibətlər məsələsi də ciddi şəkildə burda rol oynamağa başlasın. O halda doğrudur bu koalisiyanın, ittifaqın sərhədləri xeyli darala bilər, amma təkrar edirəm, bu ümumi siyasi situasiyanın inkişafından asılı olacaq. Əgər diqqətlə baxsanız müəyyən təşəbbüslərin, hətta müəyyən fəaliyyətlərin olduğunu görmək mümkündür. Bunların hansı dərəcədə, hansı istiqamətdə istifadə edəcəyi isə yəqin yaxın müddətdə aydın olacaq”.

P.Hüseynə görə, bu bir reallıqdır ki, hələ də müxalifətin birliyi məsələsində Müsavat AXCP münasibətləri əlahiddə yer tutur. Hazırda bu partiyalar arasında münasibətlər bəlkə də özünün ən pis dövrünü yaşayır. Lakin  hər halda bəzi yeni əlamətləri görməmək mümkün deyil. “Azadlıq” qəzeti Müsavat başqanı Arif Hacılının açıqlamalarını verməyə başlayıb. Yada salsaq ki, Müsavat Partiyasının  qurultayından sonra  bəzi AXCP funksionerləri siyasi etikanın bütün qaydalarının ziddinə qurultayın və onun qərarlarının, onun “legitimliyi” məsələsini hallandırmağa cəhd etmişdilər. Bu, heç də sıradan məsələ sayılmaya bilər. 

Müsavatın yeni başqanı da ardıcıl olaraq  AXCP ilə əməkdaşlıq bəyanatları səsləndirir və müzakirələrə hazır olduğunu bildirir. Nəzərə alınsa ki, Müsavat - AXCP münasibətlərinin gərginləşməsində həm AXCP, həm də Müsavat daxilində əsas “təqsirkar” olaraq Arif Hacılını  təqdim etməyə çalışırlar, o halda bu da maraqlı gəlişmələr vəd edir. Hər halda bu məsələdə top AXCP sahəsinə ötürülüb. Son dövrdə AXCP- nin ritorikasında da, dramatik olmasa da, müəyyən dəyişikliklər müşahidə olunur. 

Əli Həsənovla bir qrup siyasi partiyanın görüşü ilə bağlı polemikada ənənəvi yanaşmanın qorunub saxlanması görünsə də “hakimiyyətlə dialoqun” özündən daha artıq onun formatının tənqidi qabardıldı. Eyni zamanda açıq aşkar sezilir ki, AXCP –nin ən ehtiyat etdiyi məsələlərdən biri Müsavat da daxil olmaqla, müxalifətin bir hissəsinin iqtidarla “sövdələşmə” ehtimalıdır və açıq aşkar görünür ki, AXCP bu “sövdələşməni” istəmir. Odur ki, AXCP Müsavat münasibətlərində istiləşmənin yalnız nəzəri məsələ olmadığını qəbul etmək doğru olardı. Şübhəsiz burda Milli Şura problemi var. AXCP Milli Şurada nə qədər üstün mövqeyə malik olsa da, bu həm də onun manevr imkanlarını azaldır və əl qolunu bağlayır. Aydındır ki, Müsavat yenidən Milli Şuraya qayıtmayacaq. O halda bu problem nə şəkildə həll ediləcək, ciddi sual kimi qalır. 

Lakin unutmayaq ki, “demokrasidə çarə tükənməz”. Həm də daxili münasibətlərindən asılı olmayaraq  geosiyasi meyllərinə görə  yaxın qüvvələrin - vətəndaş cəmiyyəti təşkilatlarının ciddi zərbə aldıqdan sonra bu müvafiq siyasi partiyalardan ibarətdir - yaxınlaşmasında qüdrətli güclərin marağını bura əlavə etsək, maraqlı proseslərin gedə biləcəyini qeydə ala bilərik. Aydındır ki, real həyat daha zəngin və hesaba alınması çətin olan şeydir və çox halda gözlənilənlərdən fərqli nəticələr meydana gətirir.

Sosial-siyasi proseslər elədir ki, özü də yaxın dövrdə baş verəcək gedişatları proqnozlaşdırmaq olduqca çətindir. Hər bir müxalifət təşkilatı doğru hesab elədiyi addımları atmalıdır və bir qədər də cəsarətli olmaq lazımdır”.

pia.az
  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar