Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşələrə qadın kişi fərqi qoyulmalıdırmı?


Adil Qeybulla: “Səudiyyə Ərəbistanda ginekoloqların 90 faizi kişidir”;Dəyanət Rzayev: “Hər kəs qarşısındakını öz düşüncəsi ilə ölçür”
Kənan Rövşənoğlu: “İntellekt baxımından qadınların kişilərlə bərabər çalışmasına fərq qoyulmur, ancaq...”


Kişilərin çalışdığı elə sənət növləri var ki, orada qadınların işlədiyini görəndə hamı təəccüblənir. Məsələn pinəçi, taksi sürücüsü deyəndə bu sənət növlərinin başında kişiləri təsəvvür edirik. Amma həmin işlərlə məşğul olan kifayət qədər qadın da var. Eyni zamanda elə sənət növləri var ki, onları əsasən qadınlara yaraşdırsalar da, onların başında da kifayət qədər kişi var. 

Bu gün daha çox qadınlara yaraşdırdığımız ginekoloq, dərzi, aşpaz kimi peşələrin arxasında tez-tez kişiləri görə bilirik. Elə bugünlərdə ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişinin qonağı olan meyxanaçı Kərim qadın kişi peşələri mövzusuna toxunaraq xanıma yaraşan işlərin əksəriyyətini kişilərin gördüyünü deyib: “Xanıma yaraşan işlər var, o işləri kişilər görür. Buna doğum evlərini misal gətirirəm, onlar necə kişi ola bilər? Özlərinə kişi deyirlər. Bığları da çənələrinə düşür. Bu sözü tam məsuliyyətlə deyirəm”.

Meyxanaçı Kərimin bu sözlərində nə qədər haqlı və ya haqsız olduğunu deyə bilmərik. Ancaq onu qeyd edək ki, dünyanın əksər ölkələrində sənət seçimində qadın kişi fərqi qoyulmur. Maraqlıdır, bəs Azərbaycan bu cür fərq qoyulması və qadın sənətini seçən kişilərin qınaq obyekti olması nədən irəli gəlir? Bu müsəlman ölkəsi olmağımızla əlaqəlidirmi, yoxsa mentalitet məsələsidir?

Ən qatı müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanda ginekoloqların 90 faizinin kişi olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla bu düşüncənin gerilik olduğunu bildirdi: “Meyxanaçı Kərimin dediyi fikir tamamilə yanlışdır. İkincisi isə bu peşədə cinsi diferensiasiya anlayışı sırf mentalitetə əsaslanan, geridə qalmış bir düşüncədir. Tibb sahəsində qadın-kişi fərqi olmamalıdır”.

Psixoloq Dəyanət Rzayev ən yaxşı mütəxəssislərin kişilər olduğunu bildirdi: “Dünyada ən yaxşı rəssam, aşpaz, həkim, modelyerlər kişilərdir. Məsələn, Cristian Dior və sairi buna misal çəkmək olar. Mən kişi ginekoloqlarına normal baxıram. Burada qəbahətli heç nə yoxdur. Dünyada da qəbul olunub ki, ən yaxşı ginekoloqlar kişilərdən olub. Amma mentalitet deyilən bir şey var. Mentalitet məsələsinin digər müsəlman ölkələrində olub-olmadığını deyə bilmərəm. Ancaq Azərbaycan müsəlman ölkəsi olmaqla yanaşı, müasir və demokratik bir ölkədir. Ayrı-ayrı şəxslər ola bilər ki, öz xanımlarını, qızlarını kişi bərbərinin yanına getməyə qoymasınlar. Amma bütövlükdə bu normal haldır. Hər kəs qarşısındakını öz düşüncəsi ilə ölçür. Mən heç vaxt görməmişəm ki, hansısa kişi ginekoloq qadına başqa mənada yanaşsın və ya nəsə təklif etsin. Hər şey insanın individual inkişafından asılıdır. Əgər mütəxəssisin pis fikirləri yoxdursa, hər şeyə normal yanaşır və öz peşəsinə hörmət edir”.

Psixoloq deyir ki, işinə hörmətlə yanaşan və qadın işində çalışan kişi peşəsinə hörmətlə yanaşır və heç bir pis fikrə qulluq etmir: “Əgər insanın inkişafı, düşüncəsi müasir dövrə uyğundursa, demokratik anlayışları varsa, buna heç vaxt pis yanaşmaz. İnsanın psixologiyasından çox şey asılıdır. Hər bir insan digərini öz psixologiyasına görə qiymətləndirir. Gələcəkdə ola bilər ki, kişilər bu peşələrdə daha çox çalışsın. Bu gün Azərbaycanda da kişi bərbərlər, kişi aşpazlar ən qiymətli mütəxəssis sayılır. Azərbaycanda bir neçə kişi ginekoloq var. Onlar da çox yaxşı mütəxəssislərdi”.

Bəs qadınlarla kişilərin bərabər çalışmasına, yaxud bir-birilərinin peşəsini “mənimsəməsinə” dinimiz nə deyir?

Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, elə sahələr var ki, orada qadınların kişilərlə bərabər işləməsi düzgün deyil: “Dini baxımdan iş şəraitinə görə qadınların bəzi sahələrdə işləməsi məsləhət deyil. Elə işlər var ki, fiziki cəhətdən ağırdır. Bunun öhdəsindən isə yalnız kişilər gələ bilər. Ancaq intellekt baxımından qadınların kişilərlə bərabər çalışmasına fərq qoyulmur. Hətta rəvayətlərdə də var ki, İslam dininin ilk illərində Mədinə bazarının darğası, yəni polisi qadın olub. Peyğəmbərin dövründə də müharibə zamanı yaralananlara hospitalda qadınlar kömək edib. Yəni İslam dininin ən qabarıq olduğu dövrlərdə qadın-kişi ayırıcılığı olmayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar