Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşmərgələr bu gün İŞİD-i Başikadan qovdu


Türkiyə gecə birbaşa əməliyyat anonsu verdi


Türkiyə ordusunun bir neçə ildir xüsusi təlim keçdiyi İraq Kürd Muxtar Vilayətinə bağlı olan peşmərgələr bu gün İŞİD-ə daha bir ağır zərbə vurub.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, peşmərgələr Başikanın bir hissəsinə nəzarət edən İŞİD terrorçuları ilə açıq savaşa girərək, onları məğlub edib:

"Bir neçə saat əvvəl Başika tam olaraq peşmərgənin nəzarəti altına keçdi. Hazırda bölgədə İŞİD-ə qarşı əməliyyat bütün gücü ilə davam edir".

Xatırladaq ki, Başikada Türkiyənin hərbi bazası var. Orada yerləşən bazada 1300-dək türk hərbçisi peşmərgələrə təlim keçirlər. 

İraq mərkəzi hökuməti isə israrla bu bazanın və türklərin Başikadan çıxarmasını tələb edir. Lakin Türkiyə həm İŞİD-lə mübarizə, həm də bölgədə məzhəb qarşıdurmasının əsas gətirib, İraqın bu tələbini rədd edib.

Strateq.az xəbər verir ki, dünən axşam baş nazir Binəli Yıldırım bir daha Başikadan çıxmayacaqlarını, gərəkirsə, İraqda da Suriyada olduğu kimi, birbaşa yerüstü əməliyyatlara başlayacaqlarını bəyan edib:

"Bizim məqsədimiz bölgəni terrordan təmizləmək və təhlükəsizlik zolağı təmin etməkdir. Gərəkirsə, həm bu, həm də məzhəb savaşını əngəlləmək üçün birbaşa əməliyyata da başlayacağıq. Kimsə bizə bu məsələlərdə mane ola bilməz".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar