Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən Nadejda Savçenkonun geri qayıtmasından sonra Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbas və Krımı da geri qaytaracaqları ilə bağlı söylədiklərini şərh edib
Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Peskov bununla bağlı deyib:
“Əgər o, humanizm prinsipləri çərçivəsində Donbası geri qaytaracağını nəzərdə tutursa, bu bəyanatı yalnız dəstəkləmək olar. Moskva özü də elə buna ümid bəsləyir. O ki qaldı Krıma, Rusiya regionlarına ərazi iddialarını şərh etmirik”.
pia.az