Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pisliklərin öncədən görülməsi


Başımızı qərib ellərdə, xüsusilə də “möhtəşəm rus diyarında” uca edən ekstrasens Zirəddin Rzayevin yeni dəhşətli proqnozlarını maraqla, həyəcanla, bir az da qorxuyla oxudum


Tanıyanlar deyəcəklər ki, boy, sən sekulyar adamsan, nə vaxtdan xurafata, cəfəngiyyata inanan olmusan. Belə desələr, haqları var. Amma sizə bir sirr açım, dostlar, mən uzun illərdir ki, cəfəngiyat kimi görünən bütün müdhiş proqnozlara inanıram. Hələ bir dəfə də yanılmamışam. 
Onu da qeyd edim ki, əksinə, “hər şey yaxşı olacaq, bəy” deyən dostların optimist proqnozlarının doğrulduğunu da görməmişəm. Heç nə heç vaxt yaxşı olmayıb, hər şey həmişə pis olub. 
Məsələn, il yeni başlayanda bir də görürsən, deyirlər, bu il çoxlu adam tutulacaq. Elə də olur. İl yarıya çatmamış, görürsən ki, cari ilin müvafiq dövründəkindən də artıq ictimai-siyasi fəal tutulub. Hesabat dövründə tutulanların statistikasına nəzər salanda hiss edirsən ki, illik tutqu kvotası cari il üçün bir az da artırılıb. 
Ancaq kimsə durub nikbin proqnoz verəndə ki, bayramda əfv olacaq və siyasi dustaqları buraxacaqlar, gərək buna inanmayasan. Güman ki, elə şey olmayacaq. Çünki adət belədir. Hər siyasi dustağın “buraxılır” xəbəri ən azı üç bayramda anons edilməlidir, ikisində qohum-əqrəba umsuq olmalıdır, üçüncüdə sevinməlidir. 
Xüləs, qayıdaq Zirəddin bəyin müdhiş proqnozlarına. Eloğlumuz Moskvada bizneslə məşğuldur, ərzaq və geyim biznesinə girib, firmalarla əməkdaşlıq edir, xəstəxanada da çalışır, parapsixologiya və ekstrasensliklə məşğuldur, boş vaxtlarında da müdhiş proqnozlar verir. 
Ekstrasensimizin bir özəlliyi var ki, Azərbaycana dair nə ürəkaçan, nə də qorxunc proqnozlar vermək istəmir, deyir, sözümü təhrif edirlər. 
Ancaq mənə elə gəlir ki, əsl səbəb bu deyil. Əsl səbəb odur ki, Azərbaycan proqnozlaşdırılması mümkün olmayan ölkədir. Ola bilər, sən unikal öncəgörənsən, bu ölkədə nəyin necə olacağını öncədən görmüsən, amma bu ölkədə elə gözəgörünməz qüvvələr var ki, sənin proqnozunu alt-üst edərlər. Məsələn, mən özüm Hacıbala Abutalıbovun BŞİH başçısı vəzifəsindən götürüləcəyini hər il öncədən görürəm, amma bu baş vermir. İndi desəm ki, bu savab iş 2015-də baş verəcək, əmin olun ki, Hacıbala müəllim gələn il də öz vəzifəsində qalacaq. 
Ona görə də Zirədin bəy bu ölkəyə dair proqnoz vermir və düz edir. Salamatı dünyanın gələcəyinə dair proqnoz verməkdir. Buna da dərin ağıl, iti öncəgörənlik qabiliyyəti lazım deyil, dünyanın siyasi gündəmini izləmək kifayət edir.
Budur, görkəmli ekstrasensimiz deyir ki, hazırda 3-cü dünya müharibəsi gedir. Dəqiq söhbətdir. Amma mən bunu ilk dəfə qəsəbəmizdə taksi sürücüsü işləyən Firəddindən eşitmişəm. Hələ 2-3 il əvvəldən. Elə o da deyirdi ki, dünyanın sonu çatıb, qırğınlar olacaq, qiyamət qopacaq. Arada bir rastlaşanda deyir: “Məllim, yadındadır, sənə demişdim ha, dünya müharibəsi başlayacaq, Ukraynanı gördün, İŞİD-i gördün?
Qərara gəlmişəm ki, arada onunla daha çox söhbətləşim, adam dünya siyasətini Valentin Zorin qədər bilir, öncəgörmələri də Zirəddininkindən zəif deyil.
Bununla belə, Rzayevin Ukrayna-Rusiya məsələsində Rusiya ilə bağlı bir təhlükə görmür, deyir, Rusiyadan heç kimə zərər gəlməyəcək: “İraq, Suriya, Əfqanıstanın aqibəti necə olubsa, Ukraynada da elə olacaq. Yəni müharibə olub sakitləşəcək”.
Bu da sərrast proqnozdur. Rusiyadan kimə nə zərər gələcək ki? Ukraynada indiyəcən cəmi 3-4 min adam ölüb, 20-30 şəhər, 5-6 yüz kənd-qəsəbə dağılıb, iki qardaş xalq bir-birini qırır, bunun kimə nə ziyanı var?
Qoy oxucular 2015-ci ilə dair çox da əndişələnməsinlər. Proqnozlara görə, salamatçılıq olacaq. Ancaq andır 2016- ci il dünya tarixi üçün çox təhlükəli il olacaq. Ekstrasens deyir ki, həmin il qanlar, qətllər, təbii fəlakətlər görür, böhran, aclıq, təlatüm, dəhşətli faciələr olacaq. 
Açığını deyim ki, onları mən də görürəm. Hətta 2017-ci ildə zəlzələ, yer sürüşmələri, daşqınlar, təyyarə və qatar qəzaları, terror aktları görürəm. Hazırda nəzərlərimi 2018-ci ilə dikmişəm. Orda da gözümə çoxlu bəd-bəd haqq-hesablar dəyir.
Axşam Firəddindən soruşacam, o yüz faiz 2019-cu ilin zir-zibilini də görür.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar