Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Plastik kartlardan valyuta çıxarılmasına görə tutulan faizlər azalıb


Azərbaycan bankları plastik kartlardan istifadə zamanı vəsaitlərin konvertasiyasına görə komissiyanın azaldılmasına başlayıblar


Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABS) prezidenti, "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib. Bəzi banklar artıq komissiya yığımlarını 1 faizədək azaldıblar.

Onun sözlərinə görə, konvertasiyaya görə komissiyanın azaldılması ölkənin maliyyə sektorunda gedən proseslərə bankların adekvat reaksiyasıdır: "Konvertasiyaya görə komissiya ölkədə devalvasiya prosesləri gedən dövrdə qaldırılıb. Bildiyiniz kimi, o vaxt bəzi işbazlar vəziyyətdən istifadə etmək qərarına gəlmişdilər. Əhalinin bir hissəsi öz dollar kartlarına fəal olaraq manat yükləyirdi, sonra isə dolları çıxardaraq onu satırdı. İndi isə manatın məzənnəsi sabitləşib, buna görə də komissiyanın yüksək səviyyədə saxlanılması öz aktuallığını itirir".

Xatırladaq ki, 2016-cı ilin yanvarında Azərbaycan bankları konvertasiyaya görə komissiyanı dörd, bəziləri isə altı faizə qədər yüksəltmişdi.

Z.Nuriyev qeyd edib ki, bankları bu addımı atmağa xarici valyutada istehlak kreditlərinin verilməsinə qoyulmuş moratorium da məcbur etmişdi. Bu qərardan sonra banklar xarici valyutada kredit kartlarının satışını da dayandırdılar: "Maliyyə Bazarlarına Nəzarət Palatasının atdığı bu addımlar da bankları valyutanın konvertasiyasına görə komissiyanı azaltmağa vadar etdi. Qeyd etmək istəyirəm ki, banklara bu barədə heç bir göstəriş və tövsiyə verilməyib. Bu, hər bankın şəxsi təşəbbüsüdür".

Onun sözlərinə görə, bu proses bir neçə bankda başlayıb, lakin yaxın vaxtlarda qalan banklar da analoji addımı atacaqlar. (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar