Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Poeziyamızda feodal motivlər

Hər bir xalqın sənətçiləri, şairləri, yazıçıları onun öndə gedənləri olmalıdır, avanqardı olmalıdır, lap elə pafoslu desək, xalqı dartıb arxasınca aparmalıdır, ta xalqın ardıyca sürünməməlidir. Örnək üçün, Mirzə Fətəli Axundov 200 ildir azərbaycanlıları Avropaya, sivil dəyərlərə, azadlığa doğru dartan nəhəng bir lokomotivdir


Heç gücdən düşmür, zülm çəkir, yorulur, nəfəsi kəsilir, ancaq dayanmır. Biz bu gün Suriyadan, İrandan, lap elə qabaqda gedən saydığımız Türkiyədən fərqli dəyərlərə tapınmağımız üçün Mirzə Fətəliyə minnətdar olmalıyıq. 

O cümlədən, Həsən bəy Zərdabinin qəbrinin başına gündə yetmiş yeddi dəfə fırlanmalıyıq. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalını öpüb gözümüzün üstünə qoymalı, Üzeyir Hacıbəylinin heykəlinə qiblə kimi baxmalıyıq. 

Sözümün mənası var. Bu yaxında Bakı şəhərində bir azyaşlı qızı anası boğub öldürdü. Sən demə, qızı zorlayıblar, ana da bu “töhmətə” dözməyibdir. İlkin açıqlama belə idi. Ancaq sonra prokurorluq bunu malaladı (zorlayan şəxsi tapmağın dərdindən, ya başqa çirkli haqq-hesab üzündən?), dedilər ana ilə qızın mübahisəsi başqa şeyə görə olubdur. Hər halda, cinayətin motivi havadan götürülməmişdi, əgər prokurorluq haqlı idisə, ana bunu biclik üçün uydurmuşdu, cəmiyyətin reaksiyasını bilirdi. Axı bizdə doğrudan da zorlanan insana, qurbana münasibət bəlkə zorlayana münasibətdən də pisdir. “Dana göz eləməsə, buğa atılmaz”, “Günah çox vaxt öləndədir” - bunlar bizim “ata sözlərimizdir”. 

Nəhayət, gəlirəm bu işdəki mədəniyyət motivinə. Məncə, o ananın qızını öldürməsində... görkəmli şairimiz Ramiz Rövşən də mənəvi məsuliyyət daşıyırdı. Ramiz bəyin “Vətən” adlı şeiri var, hardasa 2011-ci ildə yazıb. Mən bu şeirə görə bir dəfə dostlarla möhkəm mübahisə eləmişəm, şairin tərəfini tutmuşam, ancaq indi publik olaraq səhvimi etiraf edirəm. Bu şeirdə çox mənfur misralar var, gəlin onları oxuyaq:

“Səni sevmək çətindir, Vətən
Nə gündəsən ki,
Təpədən dırnağacan ...
günah içindəsən ki.
Bilirsən səni sevmək
bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər.
O sevgidən için-için
gizlicə yanar adam.
Amma açıb deməyə
qorxar, utanar adam".

Elə bu şeri çap olunan dövrdəki mübahisəmizdə mən dostlara isbat eləməyə çalışırdım ki, şair burda zorlanmış qızın timsalında vətənə pis baxmağa çağırmır, sadəcə, bunun necə böyük, çətin sevgi olduğunu aşılayır-zad... Çox axmaq dəstək verdiyimi bir daha etiraf edirəm. Bu misralarda elə birbaşa zorlanma qurbanları aşağılanır. Onları açıq sevməyin böyük cəsarət olması dolayısı ilə fırladılır, cəmiyyətin beyninə yeridilir. Belə “ədəbiyyatla” böyüyən, tərbiyə edilən, ədəb öyrədilən millətin axırı yaxşı olmaz. Zorlanmış qızı sevmək çətindirsə, öldürmək asan olacaq - şairin köməyi ilə yaradılan qəddar dialektik məntiq belə deyir. Ramiz Rövşən mənim çox sevdiyim şairdir, ancaq bu şeirin ayıb olduğunu yazmağı özümə borc bilirəm. Orda hələ başqa primitiv, kobud seksual xarakterli misralar da var (“Neftlə pozuldu bəkarətin, Borular keçdi səndən”), ancaq mövzum o şeiri təhlil eləmək deyil. Şairlərimizi diqqətli olmağa çağırıram.

Ta söhbət düşüb, gənc və istedadlı şairimiz Aqşinin el arasında məşhur olan bir şeirində də feodal-patriarxal, hətta mağara adamı ruhu olduğunu yazmalıyam. Şeirin adı nəsə yağış və bağışlamaq temasındadır, müəllif üzrlü saysın, tapa bilmədim. İnsafən yaxşı şeirdir, ancaq o şeirdə bir yerdə Aqşin yazır:

“Çox miskin mənzərədir,
Ev yığışdıran kişi"

Çağdaş dünyada hansı şairin belə misra yazacağını təsəvvür edirsiniz? Ancaq müsəlman Şərqində kişi şair belə düşünə bilər. Şair qadınından ayrılmağının ağırlığını bu cür əcaib formada təsvir edir, ciddi şəkildə gender ayrı-seçkiliyi salır. Kişinin yaşadığı evi yığışdırması niyə miskin mənzərə olur ki? Yaxşı, yığışdırma, zibilin içində kişi kimi eşələn. Miskinlik kişi və qadını bu cür ayırmaqdır, hətta poetik qılafa soxsan belə iyrənc görünür. Qəribədir ki, bu misraları yazan adam özünü həmişə müsəlman Şərqini bəyənməyən kimi göstərir. Bəs bu nə beyindir? Axı müsəlman Şərqində elə qadın ev yığışdırmağa baxır, kişi də ova çıxır (guya).

İndi söz əlaqədar təşkilatlarındır.(musavat.com)


Yazar : Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar