Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu inadla susur...


Polad Bülbüloğlu ittihamlara niyə cavab vermir...


Söyün Sadıqovun Rusiyadakı səfirlə bağlı ittihamlarına XİN şərh vermək istəmir, səfirlik isə inadla susur 

Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un növbədənkənar VI qurultayında yenidən sədr seçilən Söyün Sadıqov baş nazirin keçmiş müavini Abbas Abbasov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ünvanına sərt ifadələr işlədib.

S.Sadıqov deyib ki, onlarda olan məlumatlara əsasən A.Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə “bir qayıqda” yer alır. S.Sadıqovun sözlərinə görə, 17 fevralda qurultaya Rusiya hüquq-mühafizə orqanlarının müdaxiləsi birbaşa P.Bülbüloğlunun informasiyaları əsasında baş verib: “Axı necə ola bilər ki, diasporun 350-400 nəfər üzvü  Abbas Abbasova tabe olmadığı üçün səfirin göstərişi ilə təzyiqə məruz qalsınlar? Biz bu informasiyaya əvvəl inanmadıq. 

Amma fevralın 20-də diasporun 100 fəal üzvü dağıstanlı qoluzorluların hücumuna məruz qalanda da səfir səsini çıxarmadı, hətta Dağıstan prezidentindən fəxri diplom da aldı. 14 aprel qurultayında isə rusiyalı məmurlarla söhbətdən belə məlum oldu ki, səfir bütün gücü ilə qurultaya mane olmağa çalışıb. Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentini təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?"

Qeyd edək ki, Söyün Sadıqovun Azərbaycanın Rusiyadakı səfirini ittiham etməsinə Moskvadakı səfirlik tərəfindən hər hansı reaksiya verilməyib. Dəfələrlə cəhd etməyimizə baxmayaraq səfirlikdən və səfir Polad Bülbüloğlundan münasibət öyrənə bilmədik. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında dedi ki, XİN ictimai qurum tərəfindən verilən açıqlamaları şərh etmir: “Xarici İşlər Nazirliyi bu cür şayiə tipli açıqlamalara şərh vermir”.

Polad Bülbüloğlunun adı 2012-ci ildə Abbas Abbasovla çəkilib. Özü də həmin vaxt Polad Bülbüloğlu bu mövzuda təkzib də vermişdi. Məsələ burasındadır ki, 2012-ci ilin sentyabrında səfir Polad Bülbüloğlu da “Milyarderlər İttifaqı” - RATİ-nin təsis toplantısında iştirak edib xeyir-dua vermişdi. Ancaq sonradan məlum olanda ki, Bakı dan verilən sərt bəyanatlardan sonra P.Bülbüloğlu tam geri çəkildi. Həmin vaxtlar mətbuatda yazıldı ki, Rusiyadakı səfirin “Milyarderlər İttifaqı”nın hakimiyyət əleyhinə olduğundan öncədən xəbəri olmayıbmış. 
Qeyd edək ki, yerli mətbuatda səfir Polad Bülbüloğluna qarşı Rusiyada ciddi iş aparıldığı və daha çox mədəni tədbirlərdə gündəmə gələn səfirin dəyişdirilməsi ilə bağlı fəaliyyətlər olduğu haqda yazılar dərc olunur. Ancaq o da bildirilir ki, P.Bülbüloğlunun Azərbaycan prezidenti ilə yaxın əlaqələri var və bu əlaqələrə güvənən səfir özünü çox rahat hiss edir, işdən çıxarılması və barəsindəki ittihamlara cavab verməyə ehtiyac duymur. 

Yeri gəlmişkən, interpress.az saytı “AzerRos” təşkilatının saytının hələ də Abbas Abbasovun nəzarətində olduğu və Söyün Sadıqovun seçilməsi ilə bağlı xəbərlərin hələ də sayta yerləşdirilmədiyi haqda xəbər yayıb. Saytın xəbərində qeyd olunur ki, sayta qoyulan ən son yazılarda Söyün Sadıqov kəskin tənqid edilib və dağıdıcılıq fəaliyyətində ittiham olunub. 
İnterpress.az-a daxil olan məlumata görə, Abbas Abbasovla Söyün Sadıqovun münasibətlərinin kəskinləşdiyi dövrdə təşkilatın saytına Abbasovun tərəfdarları nəzarət edib. Qurultaydan sonra da sayt yeni rəhbərliyə təhvil verilməyib. “AzərRos”un saytında daha əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barədə kəskin tənqidi yazı yayınlanmışdı.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar