Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğluna daha bir ittiham


Səfir vurulmuş və hətta düşmən elan edilmiş Abbas Abbasovun ətəyini niyə buraxır?


Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un növbədənkənar VI qurultayı ötən həftə keçirildi.

 Bu “birləşdirici qurultay” “AzerRos”u parçalamış Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov üçün “son şans” hesab olunurdu. Çünki diaspora üzvləri A.Abbasovu qurultaya dəvət edərək tədbirə gəlməyəcəyi təqdirdə siyasətdən getməyi təklif etmişdilər. A.Abbasov isə qurultaya gəlmədi və  bununla da özünü qurumun işindən birdəfəlik kənarda qoydu. 

Bu məsələlər ətrafında diqqət doğuran məqamlardan biri də Rusiya azərbaycanlılarının ən böyük təşkilatlarından olan “AzerRos”da baş verən hadisələrlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin müəmmalı mövqeyi oldu. Təsadüfi deyil ki, aprelin 14-də “AzerRos”un növbədənkənar qurultayından sonra Söyün Sadıqov mətbuata verdiyi açıqlamasında səfir Polad Bülbüloğlunu öz həmyerlilərinin taleyinə biganəlikdə ittiham etdi. “AzerRos”un yeni sədri deyib ki, A.Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bir qayıqda yer alır. “Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentini təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?” deyə, o bildirib. 

Bu ittiham Azərbaycan mediasında geniş müzakirə olunur. Söyün Sadıqovun Azərbaycanın Rusiyadakı səfirini ittiham etməsinə Moskvadakı səfirlik tərəfindən hər hansı reaksiya verilməyib. Dəfələrlə cəhd etməyimizə baxmayaraq, səfirlikdən və səfir Polad Bülbüloğlundan “Yeni Müsavat” münasibət öyrənə bilməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, XİN ictimai qurum tərəfindən verilən açıqlamaları şərh etmir: “Xarici İşlər Nazirliyi bu cür şayiə tipli açıqlamalara şərh vermir”. 

Yada salaq ki, Polad Bülbüloğlunun adı 2012-ci ildə Abbas Abbasovla çəkilib. Özü də həmin vaxt Polad Bülbüloğlu bu mövzuda təkzib də vermişdi. Məsələ burasındadır ki, 2012-ci ilin sentyabrında səfir Polad Bülbüloğlu da “Milyarderlər İttifaqı” - RATİ-nin təsis toplantısında iştirak edib xeyir-dua vermişdi. Ancaq  Bakıdan verilən sərt bəyanatlardan sonra P.Bülbüloğlu tam geri çəkildi. Həmin vaxtlar mətbuatda yazıldı ki, Rusiyadakı səfirin “Milyarderlər İttifaqı”nın hakimiyyət əleyhinə olduğundan öncədən “xəbəri olmayıbmış”. 



“Novoye vremya” qəzeti aprelin 21-də “Söyün Sadıqov düşməndən dosta çevrilib?” başlıqlı məqalə dərc edilib.  Məqalədə “AzeRos”un qurultayında iştirak edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov da hədəfə alınır. Bu səbəbdən də məqalənin məhz P.Bülbüloğlundan gələn təşəbbüs olduğu deyilir. Hətta bildirilir ki, bu məqalə səfirin tapşırığı ilə Moskvadakı səfirlikdə hazırlanıb və “Novoye vremya” qəzetinə ötürülüb. Bu barədə xəbər verən millixeber.com saytı yazır ki, əgər məsələ həqiqətən də belədirsə, bu artıq səfirin özünümüdafiə, “özbaşınalıqda” ittiham etdiyi müavinini yerinə oturtmaq cəhdindən daha çox, Azərbaycan hakimiyyətinə qarşı demarşı deməkdir.

“Görünür, səfirin Abbas Abbasov və onun yaxın ətrafı ilə bağlantısı həqiqətən də çox möhkəmdir ki, o, artıq vurulmuş və hətta düşmən elan edilmiş baş nazirin sabiq birinci müavininin ətəyini buraxa bilmir” deyə, sayt yazır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar