Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polia Akademiyasının məzunları püşkatma yolu ilə təyinat alıblar

Avqustun 24-də Daxili İşlər Nazirliyində ötən tədris ilində Polis Akademiyasının əyani şöbəsi məzunlarının Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində vakant olan zabit vəzifələrinə təyin olunmaları münasibətilə tədbir keçirilib


DİN-in mətbuat xidmətindən bildirilib ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri  giriş sözü ilə açaraq təyinatın şəffaf şəkildə, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirmiş, bu üsulun son illər artıq ənənəyə çevrildiyini vurğulamışdır. 

O qeyd etmişdir ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. 

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 53 məzunun dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. 

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmiş və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıb.

Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 8 məzundan 3-ü Nazirliyin Baş Təşkilati-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Polis Akademiyasına, 3 nəfər isə müstəntiq vəzifələrinə təyin edilib. 

Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri- orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə gənc əməkdaşları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb. 

Nazir məmnunluqla xatırlatmışdır ki, istər ümummili liderimiz, istərsə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin gələcəyinin intellektli, sağlam təfəkkürlü, geniş dünyagörüşlü, dərin bilikli, mükəmməl təhsil almış dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu çıxış və nitqlərində dəfələrlə vurğulamışlar. O demişdir ki, belə yüksək mənəvi keyfiyyətlərə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün bütün zəruri addımlar atılır. General-polkovnik Ramil Usubov bu istiqamətdə ulu öndərin və möhtərəm dövlət başçımızın müdrik tövsiyələrinin və göstərişlərinin layiqincə yerinə yetirildiyini, gənclərə dövlət qayğısının davamlılığını xüsusi qeyd edib.

Nazir onu da vurğulayıb ki, Respublika Prezidentinin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində daxili işlər orqanları elmi-texniki tərəqqinin ən son nailiyyətləri olan zəruri avadanlıq və texnika ilə təchiz edilmiş, eyni zamanda, ölkəmizdə gedən ümumi inkişaf proseslərinin nəticəsi olaraq, şəxsi heyətin iş şəraiti daha da yaxşılaşıb.

Gələcək fəaliyyətlərində gənc əməkdaşlara uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini artırmalarını, daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyyə edən daxili işlər naziri Ramil Usubov əmin olduğunu bildirmişdir ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, polis andına sadiq olacaq, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edəcəklər. 

Gənc zabitlər adından çıxış edən polis leytenantı İlkin Mehdiyev göstərilən xüsusi diqqətə, qayğıya və yüksək etimada görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirmiş,  öz fəaliyyətləri ilə göstərilən yüksək etimadı doğruldacaqlarını əmin edib.

Püşkatmada iştirak etmiş məzunlar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyəti vəzifələrinə təyin olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar