Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis cəriməni, kitabçı isə kitablarını istəyir


Kitab satdığına görə cərimə olunan Qurban Məmmədlini polis rahat buraxmır, ondan cəriməni tez bir vaxtda ödəməsini tələb edir


Facebookda paylaşdığı statusunda Qurban Məmmədli polisin ona hər gün zəng etdiyini yazır: "3 gündür ki, çalar saatının əvəzində 9-cu polis bölməsinin rəisi məni yuxudan oyadır. Cəriməni gətir ver deyir. 80 manat cərimə olunmuşam, amma pulum yoxdur ödəməyə. Hələ ki, 3 günlük möhlət götürmüşəm».

Qurban Məmmədli AzadlıqRadiosuna deyib ki, saxlanan vaxt polislərin ondan götürdüyü kitablar da bu günə kimi qaytarılmayıb:

«10-a yaxın kitabımı götürüblər. Polisə müraciət edirəm. Rəis deyir, kitabı kim götürüb onların adını mənə de, həmin vaxt üstümə o qədər adam tökülmüşdü ki, onları necə yadda saxlaya bilərdim. Həmin kitabların müxtəlif mətbəələrə, kitab evinə məxsus olduğunu dedim və qaytarılmasını istədim, mənə dedilər ki, yoxlayandan sonra qaytaracağıq».

Onun sözlərinə görə, müsadirə olunan kitablar əsasən üz qabığında «Ce Gevara»nin şəkli olan kitablardır.

Qurban Məmmədli avqustun 15-də Nizami küçəsində kitab satarkən saxlanıb. Dediyinə görə, 5 saata yaxın sorğu-sual edildikdən sonra ona 80 manat cərimə olunduğunu bildiriblər:

«Polislər əvvəlcə dedilər ki, sən qanunsuz sahibkarlıq edirsən, daha sonra dedilər ki, küçə ticarəti ilə məşğulsan. Polis rəisi kitablardan birini - Çe Gevaranın kitabını əlinə götürdü. Üstündəki şəklə baxıb dedi ki, bu dindardır, sən dini kitablar satırsan. Gecə 1-də məni buraxdılar».

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən AzadlıqRadiosuna deyiblər ki, adı çəkilən şəxs 80 manat cəriməni ödəyəndən sonra kitablarını apara bilər:

«Birinci həmin şəxs əgər cərimə olunubsa, hökumətin cəriməsini ödəməlidir. 80 manat cərimədir, 20 qəpik də «Kapitalbank»a xidmət haqqıdır. Pul ödənişi ilə bağlı qəbzi gətirsin, əgər ondan kitab götürülübsə, qaytarılacaq».

Polis Qurban Məmmədlinin qanunsuz küçə ticarəti ilə məşğul olduğunu bildirir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar