Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis hüquqlarının pozulduğunu deyir - Ağdaşda


Ağdaş Polis Şöbəsinin rəisi Rasim Mustafayevdən şikayət


Polis əməkdaşı üzləşdiyi qanunsuzluqlarla bağlı Prezidentə müraciət etdi

”Sadəcə rəisin xoşuna gəlmədiyi üçün istənilən polis əməkdaşı işdən azad oluna bilər”

Polisləri həm də qanun keşikçiləri adlandırırlar. Lakin, bəzən qanun keşikçilərinin özlərinin də hüquqları pozulur, qanuni haqqları tapdalanır. Dövlət Yol Polisinin Ağdaş rayon Şöbəsinin əməkdaşı Qadir Şirinov pozulan hüquqlarının bərpa olunması ümidiylə saytımız vasitəsilə ölkə prezidenti cənab İlham Əliyevə, DİN Ramil Usubova müraciət ünvanlayıb.

Rubrika.az saytına daxil olan müraciətdə Qadir Şirinov heç bir əsas olmadan, qanunsuz şəkildə polis orqanlarından uzaqlaşdırıldığını, qərəzli şəkildə işdən azad olunduğunu bildirir. “ 2017-ci il yanvarın 2-də növbəni təhvil verərək evə getdim. Gecə saat 2 radələrində polis rəisi Rasim Mustafayev tərəfindən həyəcan siqnalı verildi. Əsl həngamə də mən polis şöbəsinə gəldikdən sonra başlandı. Belə ki, heç bir əsas olmadan məni alkoqol qəbul etməkdə, sərxoş vəziyyətdə işə gəlməkdə ittiham etməyə başladılar. Halbuki həkim rəyində də açıq şəkildə göstərilir ki, mənim qanımda alkoqolun konsentrasiyası 0,11 promille təşkil edib, əgər nərərə alsaq adi redbull və bu kimi alkoqol olmayan içkilərdə də bu göstərici adi hal kimi qəbul edilir. Bu isə faktiki olaraq içki qəbul etmədiyimin göstəricisidir. Lakin, təkzibedilməz dəlillər, həkim-ekspert rəyinin olmasına baxmayaraq məni qərəzli şəkildə işdən çıxartdılar. “

Qadir Şirinov ona qarşı haqsızlıqların hələ 2014-cü ildən başlandığını bildirir: “2014-cü ildə Rasim Mustafayev Ağdaş rayon Polis Şöbəsinə rəis təyin olunub. Elə həmin il Ağdaş rayon DYP idarəsinin rəisi məni yanına çağırıb 3 min manat pul istədi. Ancaq mən buna imkanım olmadığını, həm də anamın ağır xəstəliyi ilə əlaqədar müalicə xərclərinə çox pul sərf etdiyimdən deyilən məbləği toplaya bilməyəcəyimi dedim. Elə o vaxtdan da mənə münasibət dəyişildi. Qərəzli şəkildə məni incitməyə, böhtanlara məruz qoymağa başladılar. Hətta məni ləkələmək üçün guya prezidentin kortejinin qarşısını kəsməyə cəhd etmək kimi gülünc bir ittiham da irəli sürdülər. Mən isə baş verənlərə səbrlə dözərək haqq-ədalətin öz yerini tutacağına inanırdım. Lakin, mənə qarşı təşkil edilən kompaniyanı aparanlar öz əməllərindən əl çəkmədilər və nəhayət bu ilin yanvarın 2-də qondarma ittihamlarla işdən azad etdilər. İndiyə qədər də dəfələrlə tələb etməyimə baxmayaraq işdən azad olunmağım haqqında əmrin surətini mənə vermirlər.”

Şikayətçi Qadir Şirinov Ağdaş rayon Polis Şöbəsində baş verən qanunsuz əməllər barəsində də məlumat verir: “ Polis şöbəsinin rəisi Rasim Mustafayev Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı general Kərəm Mustafayevin qardaşıdır. Rayona gəldiyi gündən bütün şöbəni öz iradəsinə tabe edərək öz qanunlarını diqtə edir. Sadəcə rəisin xoşuna gəlmədiyi üçün istənilən polis əməkdaşı işdən azad oluna bilər. Təsadüfi deyil ki, son bir ay ərzində 7 polis əməkdaşı işdən azad olunub. Polis rəisi Ağdaşda özünə əməlli-başlı cah-cəlal yaradıb. Daha çox öz şəxsi maraqlarını təmin etməyə çalışan rəis qanunlara məhəl qoymur. Rayonun Dəhnə kəndində başqa şəxsin adına dəbdəbəli malikanə ucaldır.”

Dövlət başçısı cənab İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova müraciət edən Qadir Şirinov düşdüyü çətin vəziyyətdə kömək istəyir: 
“Cənab prezident! Mən sizin əsgərinizəm, hər zaman sizin siyasi kursunuzun sadiq tərəfdarı olmuşam. Polis sistemində işlədiyim müddətdə də dövlətçiliyimizə, qanunlarımıza sədaqətlə xidmət etmişəm. Lakin, özünü qanunlardan üstün tutanlar məni qondarma ittihamlarla işdən azad ediblər. İnanıram ki, mənə qarşı olan bu qanunsuz münasibətə, qondarma ittihamlara son qoyulmasına yardımçı olacaqsınız. Sizə dərin minnətdarlığımı bildirirəm.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar