Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis müstəntiqinin səhvləri və insan taleyi


Maşınlarda sürtünmə izləri yoxdur, lakin toqquşduqları iddia edilir


“Maşını idarə etdiyim zaman məni sağdan yüksək sürətlə bir maşın ötmək istədi və bu zaman arxasını qaçırdaraq qəza törətdi. Bunu görüb saxladım və düşdüm yaralılara kömək etdim, təcili tibbi yardım çağırdım. Axşam evimdən məni qandalla polis bölməsinə apardılar. İzahat alıb sonradan sərbəst buraxdılar. 4 ay sonra yenidən bölməyə çağırılanda məlum oldu ki, qəzanı törətməkdə ittiham olunuram”.

2015-ci ilin yayında Masazır duz gölü yaxınlığında baş vermiş ağır yol nəqliyyatı hadisəsi ilə bağlı Abşeron rayon məhkəməsində aparılan proses özünün maraqlı məqamları ilə sosial şəbəkələrin və medianın marağına səbəb olub. 


 
Belə ki, ağır yol hadisəsini törətməkdə və hadisə yerindən qaçmaqda ittiham olunan 1990-cı il təvəllüdlü Məmmədov Əzizbala Hənifə oğlu baş vermiş qəzada təqsirli bilinir və onu 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilmə cəzası gözləyir. Lakin M. Əzizbala qəzanın əsl səbəbkarı 1964-cü il təvəllüdlü Hüseynova Səadət Orucəli qızının olduğunu deyir.Həmin şəxs  müstəntiq tərəfindən məsuliyyətdən yayındırmaq məqsədi ilə işə zərərçəkmiş şəxs qismində cəlb edilib. 
  
Məmmədov Əzizbala qəzada təqsirinin olmadığını, eyni zamanda qəza baş verəndən sonra hadisə yerində qaldığını sübut edən kifayət qədər dəlillərinin mövcud olduğunu lakin, polis və prokurorluğun ona qarşı olan qərəzi səbəbindən əldə olan dəlillərinin işin gedişatına təsir etmədiyini deyir. 

“Sağ zolaqdan yüksək sürətlə ötmək istədi, idarə etməni itirdi” 

Təqsirləndirilənin vəkili İlqar Əliyevin saytımıza verdiyi müsahibəsində müdafiə etdiyi şəxsin “KİA” markalı avtomobili idarə etdiyi zaman onu sağdan yüksək sürətlə ötmək istəyən H. Səadətə məxsus “Nissan” markalı avtomobili arxa sol hissəsindən vuraraq qəzaya səbəb olmada ittiham olunduğunu bildirir. 

Vəkilin sözlərinə görə istintaq işinin içində olan videogörüntüdən də açıq aydın görünür ki, qəza baş verən an ittiham edilən şəxsin idarə etdiyi “KİA”markalı avtomobil onu ötmək istəyən “Nissan”dan öndədir. Görüntü “Nissan”-nın ön şüşəsinə bərkidilmiş “videoregistrator”dan götürülüb və qəzanın baş vermə anında “KİA”nın görüntüdə olması  onun öndə olmasını sübut edir.

Bundan əlavə qəza iyul ayının 9-da baş verir. İstintaq beş aydan sonra icraatı təqsirli şəxsin müəyyən olunmaması səbəbindən dayandırır. Müstəntiq bir günün içərisində (14 noyabr) Əzizbalanı təqsirli şəxs hesab edir, həm onu cinayət işinin bütün materialları ilə tanış edir, həm də prosesi sonlandırıb məhkəməyə göndərir. Bütün bu proses bir gündə baş verir.



 “Avtomobillərin üzərində bir-birinə aid lak-boya sürtünmə izləri yoxdur”
  
Vəkil bildirir ki, maşınların bir-birinə toxunmamasını sübut edən daha bir fakt hərəkətdə olan maşını vurmaqda günahlandırılan avtomobilin nə səthində nə də təkərlərinin üzərində əzik, cızıq izlərinin olmamasıdır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin rəyindən də belə bir qənaətə gəlmək mümkündür. Ekspert rəylərində ümumi baxışı zamanı “Nissan Qashqai” markalı avtomobilin üzərində və “KİA Sportage” markalı avtomobilin üzərində bir-birinə aid lak-boya sürtünmə izlərinin müşahidə olunmadığı qeyd edilib.  

 “Ekspertlərin verdikləri rəylər bir-birinə ziddir”.



Lakin eyni zamanda rəylərdə “Nissan” markalı avtomobilin sol yan ayaqaltının qabaq sahəsi ilə “KİA” markalı avotmobilin qabaq sağ təkər və ayaqaltı hissəsi arasında 3-8 bucaq altında toqquşma baş verdiyi də qeyd edilib. Bu rəylə bundan əvvəl qeyd olunan bir-birinə ziddiyət təşkil edir. Necə ola bilər ki, maşınlar bir-birinə dəyməyib ancaq təkəri ilə bir maşın digərini vuraraq yoldan çıxardır?! 

Vəkil İ. Əliyev bu toqquşmanın da əsassız olduğunu və bunun mümkünsüzlüyünü sübut edən iki əsaslı faktın olduğunu deyir:  

- videogörüntüdən də aydın görünür ki, maşınlar arasında kifayət qədər məsafə var. Əgər ikinci rəydə deyildiyi kimi təkər diskinin onu yandan ötmək istəyən maşına dəyməsi mümkün olsaydı o zaman əvvəlcə maşınların səthi bir-birinə dəyməli idi. Çünki maşının təkəri onun qabaq qanad adlanan hissəsindən içəridə yerləşir və təkərin dəyməsi ancaq bu hissənin əzilməsindən sonra baş verə bilər. Bu da onu sübut edir ki, toqquşma bucağı fiziki olaraq mümkün deyil.  

- rəydə qabaq sağ təkər və ayaqaltının üzərində cızıq izlərinin olması qeyd edilsə də, nə təkərin nə də ayaqaltının üzərində heç bir cızıq izləri yoxdur. Sübut kimi bu maşına bir daha baxış keçirilməsini tələb etsək də, buna ehtiyacın olmadığı deyildi.  

Maraqlıdır ki, qeyd olunanları ekspertlərin özləri də məhkəmə ifadələrində təsdiq ediblər, buna rəğmən rəydə yazılanlarında səhv olmasını da qəbul etmirlər, baxmayaraq ki, bunlar bir-birinə zidd ifadələrdir. Təəssüf ki, bu ziddiyətlər belə nə prokurorun nə də hakimin qərarına təsir etmədi.  

 “Müstəntiqinin səhvləri və insan taleyi”



Müxbir araşdırması zamanı rəsmi protokola əsasən məhkəmə prosesləri zamanı istintaq materiallarının içində bir neçə əsassız məlumatlar da aşkar edilmişdi. İstintaqı aparan Abşeron RPİ-nin İstintaq şöbəsinin Baş müstəntiqi polis mayoru Ayaz Kazımov məhkəmə dindirilməsi zamanı videogörüntünün olmasına baxmayaraq belə hallarda sürət ölçmə mexanizminin ümumiyyətlə mövcud olmadığını və qəza iştirakçısı olan maşınların sürətlərini onları idarə edənlərin ifadəsi əsasında yazdığını bildirmişdi. 

“Müstəntiq: sürətin təyin edilməsində mexaniki səhvə yol vermişəm”

İfadələrə əsasən həm “KİA”nın sürücüsü həm də “Nissan”nın sürücüsü sürətlərinin 90 km/s olduğunu qeyd etmişdilər. (qəza baş verən yolda icazə verilən sürət 90km/s dir) Bu isə yeni bir mübahisəyə yol açır: qısa bir vaxt içində bir maşın digərini necə eyni sürətlə ötə bilər?!

Digər vacib məqam, ittiham aktı və sübutların qiymətləndirilməsi barədə qərarda sürətin 90km/s qeyd olunmasına baxmayaraq avtotexniki ekspertizaya müstəntiq tərəfindən göndərilən sənədlərdə KİA-nın sürəti 80km/saat qeyd olunub. Bununla da digər ötmə əməliyyatı həyata keçirən avtomobilin sürətinin qanuna uyğun olduğu qeyd edilib. 

Eyni zamanda, qəza baş verən an arxadan gələn digər bir maşının sürücüsünün işə salınmaması (bu sürücü qəzanın yeganə canlı şahidi olub və maşında videoregistratorun olması da istisna deyil), qadağan olunmuş yerdə ötmə əməliyyatının sağdan aparılmasına baxmayaraq burada qanuna uyğunsuzluğun olmaması, spirt yoxlanışı zamanı qan analizinin M.Əzizbaladan həmin gün, H.Səadətdən isə bir neçə gün sonra götürülməsi və ikincidən bankada götürülən qan analizinin müəmmalı səbəbdən ekspertizaya “şprits”də verilməsi də istintaq işinin boşluqları siyahısındadır. 

“Kameralara baxılsaydı qaçıb-qaçmadığı müəyyən olardı”

Əzizbalanın digər vəkili Ramin Əliyev müdafiə etdiyi şəxsin qəzadan sonra hadisə yerindən qaçmaqda ittiham edildiyini deyir. Halbuki bunu heç kəs sübut edə bilmir, nə yolun sonunda olan kameralara baxılmayıb (baxılsa, “KİA”-nın oradan nə vaxt keçdiyi bilinərdi), nə də şahid dindirilməyib (bir neçə işə aidiyyatı olmayan polis əməkdaşları olan şahidlər var).

Həmçinin hadisə yerində həvəskar çəkiliş olan videogörüntülərin də olmasına baxmayaraq, görüntülərin uzaq məsafədən çəkildiyini səbəb gətirərək onu maddi sübut kimi qəbul etmədilər.

Bütün yuxarıda qeyd olunanları işi aparan müstəntiq Ayaz Kazımov məhkəmə dindirilməsi zamanı vəkilin suallarını cavablandırarkən “mexaniki və texniki” səhv olduğunu bildirib. 

Xatırladaq ki, 9 iyul 2015-ci il tarixində Masazır duz gölü yaxınlığında Nissan “Qashqai” markalı avtomobillə yolun əks istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində keçinib, sərnişin isə ağır bədən xəsarətləri almışdı. Nissanın sürücüsü də yüngül xəsarətlərlə xəstəxanaya çatdırılmışdır.

“Nissan”ı qabaq sağ hissəsi ilə vuraraq qəzaya səbəb olmada təqsirli bilinən Məmmədov Əzizbalanın idarə etdiyi “KİA” markalı avtomobilin şəkillərini sizə təqdim edirik. Qeyd edək ki, şəkillər qəzadan sonra çəkilib. 

Materialda istifadə edilən faktlar məhkəmə işinin rəsmi sənədləri əsasında qeyd edilib. 

 pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar