Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis rəisi rüşvət alarkən görüntüləndi - Video


Sosial şəbəkələrdə və Youtube video portalında yol polisinin açıq-aşkar rüşvət alması barədə video paylaşılıb.


Bu videonun paylaşmasından sonra ölkədə böyük səs-küy yaranıb.
 
Qeyd edək ki, videodan da göründüyü kimi bir vətəndaş avtomobil idarə edərkən kobud şəkildə qayda pozub. Həmin şəxs içkili halda avtomobil idarə edərkən yol polisi tərəfindən saxlanılıb. Danışıqlardan belə nəticəyə gəlmək olar ki, həmin şəxs polisin dayan-dur əmrinə tabe olmayıb.
 
Lakin sonradan polislərin keçirdiyi əməliyyat zamanı həmin şəxs saxlanılıb. Həmin şəxs isə öz növbəsində yol polis ilə danışarkən gizlin çəkiliş edib.
 
Çəkilişlərdən açıq-aydın görünür ki, yol polisləri yol hərəkəti haqqında qaydaları kobud şəkildə pozan vətəndaşı qanun çərçivəsində cərimələmək əvəzinə, həmin şəxsdən rüşvət tələb edirlər.
 
Qayda pozan vətəndaşdan 300 manat rüşvət tələb edən polis serjantı sonradan razılaşmayan şəxsi rəisin qəbuluna göndərir. Polis rəisi də öz növbəsində gizlin çəkiliş edən vətəndaşdan 300 manat pul istəyir.
 
“Salehə deyəcəyəm. 300 verəcəksən Salehə. Bax bunu üçümüz bilirik haa. Sabah Salehə deyəcəyəm, kompüterə oturan kimi Saleh mənə onu çəkib verəcək”, - deyə Göyçay rayon yol polisi idarəsinin rəisi bildirib.
 
Maraqlı orasındadır ki, polis rəisi rüşvət tələb edərkən qanunla danışır: “Yol hərəkəti qaydasının pozulması sənin tabe olmamağındır. Bunun cəriməsi 500 manatdır, “Prava” da 1 il “lişeniyaya” düşür. Bunun belə olmaması üçün 300 manatı verməlisən”, - deyə yol polisi rəisi bildirib.
 
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bu barədə məlumatlı olduqlarını bildirib. Şöbə rəisinin sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyində araşdırma aparılır. Araşdırmalardan sonra, nəticə barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək (ANS).


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar