Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik-leytenant ictimaiyyətə səsləndi


Ehtiyatda olan polkovnik- leytenant, hərbi ekspert Üzeyir Cəfərov cəbhədə son günlər baş verən hadisələrlə bağlı cəmiyyətə müraciət edib


PİA.AZ həmin müraciəti oxucularına təqdim edir:

Əziz dostlar! Hörmətli həmkarlar!

Bu gün hamımız üçün çox çətin və ağır bir gün kimi keçir. Səhərdən hamı səbirsizliklə, böyük narahatçılıqla cəbhədə baş verənlərlə maraqlanır və bu da təbiidir. Suallar çox, cavablar isə həddindən az olduğuna görə bəzən şayilər də yayılır. İçi mən də daxil olmaqla hamımız Müdafiə Nazirliyimizdən baş verənlərlə bağlı məlumat gözləyirik. Bəli, biz azğın və şərəfsiz düşmənlə bu günkü döyüşlərdə çox qiymətli zabit və əsgərlərimizi itirmişik. Allah rəhmət eləsin və Şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin əzizlərinə, doğmalarına səbr və dözüm arzulayıram. Yəqin ki, yaxın saatlarda bizim neçə nəfər şəhid verdiyimizi hörmətli Müdafiə Nazirliyimiz açıqlayacaq. Bir nəfər əsgər və zabitimizin də sıramızdan vaxtsız getməsi əvəzsiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verdilər. Amma, alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur. Təxmini hesablamalara görə düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqlamağa başlayacaqlar. Onların öz itkilərini gizlətməsi çox asandır. Bir ucu Şuşa, Xankəndi, digər işğal altında olan ərazilərimizdəki səyyar tibb məntəqələrində onlar öz yaralı və meyidlərini saxlayır, sonra isə onları ya İrəvana, ya da digər şəhərlərin xəstəxana və hospitallarına təxliyyə edirlər.

Sosial mediada olan dostlardan və xüsusən də onlayn saytlar və bloqlarda olan yoldaşlardan acizənə xahiş edirəm ki, düşmənin məlumatlarından istifadəyə son qoysunlar. Ən azından onlar hər zaman olduğu kimi bu dəfə də dezinformasiyaları aktiv yayır və ordumuzun, xalqımızın ruhdan düşməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri də son dərəcə özlərini yersiz aparırlar. Bu müharibədir və düşmən bizim bəzi xüsusiyyətlərimizdən tam öz xeyrinə istifadə etməyə çalışır. Diqqətli və ehtiyatlı olaq.

Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə bütün əməliyyat şəraitinə nəzarət edir və heç bir panikaya və narahatçılığa əsas yoxdur.

Tanrı Silahlı Qüvvələrimizi və Azərbaycanımızı qorusun!!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar